Bazar, İyun 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türkiyə və İsrail arasında yeni vasitəçilik missiyası: Rəsmi Bakı növbəti dəfə körpü rolunu oynaya bilərmi?

02/06/2026 17:02
CƏMİYYƏT
45 1
Türkiyə və İsrail arasında yeni vasitəçilik missiyası: Rəsmi Bakı növbəti dəfə körpü rolunu oynaya bilərmi?
58
Baxış sayı

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankara-Təl-Əviv münasibətlərinin bərpası üçün humanitar böhranın bitməsini və iki dövlətli həll yolunu şərt kimi irəli sürüb. Ankaranın İsrailin varlığı ilə hər hansı bir probleminin olmadığını vurğulayan bu praqmatik və kompromisə açıq açıqlamadan sonra, rəsmi Bakının regional təhlükəsizlik naminə iki ölkə arasında yenidən vasitəçilik missiyasını üzərinə götürməsi məsələsi yenidən gündəmə gəlib.

 

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın bu istiqamətdə kifayət qədər uğurlu və zəngin bir diplomatik təcrübəsi var. Onun sözlərinə görə, rəsmi Bakı bundan əvvəl də Türkiyə və İsrail arasında yaranmış gərginliklərin aradan qaldırılmasında, tərəflərin bir araya gətirilməsində aktiv vasitəçilik missiyasını həyata keçirib və bu cəhdlər hər zaman kifayət qədər uğurlu nəticələr verib.

 

Ekspert qeyd edib ki, hazırda hər iki dövlətdə – həm Türkiyədə, həm də İsraildə Azərbaycanın və onun rəhbərliyinin kifayət qədər böyük siyasi nüfuzu, çəkisi və etibarı mövcuddur.

 

“Dünyada analoqu olmayan strateji müttəfiqlik və güclü mənəvi bağlar”

Politoloq iki ölkə arasındakı barışıq missiyasında Azərbaycanın malik olduğu ən böyük üstünlüklərdən birinin Ankara ilə olan xüsusi münasibətlər olduğunu vurğulayıb. O, Türkiyə və Azərbaycan arasındakı əlaqələrin xarakterini belə xarakterizə edib:

“Məlum olduğu kimi, Türkiyə və Azərbaycan arasında sadəcə formal və ya rəsmi strateji müttəfiqlikdən də qat-qat üstün, qat-qat irəli bir dostluq, sarsılmaz qardaşlıq münasibəti mövcuddur. Bu elə bir unikal platformadır ki, dünyada demək olar ki, heç bir başqa dövlətin və ya dövlətlərin arasında belə yaxınlığa, belə bir modelə təsadüf edilmir, müşahidə olunmur. Türkiyə və Azərbaycan arasında olan yaxınlıq sadəcə siyasi maraqlara söykənmir, burada çox güclü, fundamental mənəvi bağlar var”.

 

“Azərbaycan İsrailin İslam dünyası ilə münasibətlərində əsas körpüdür”

Zeynal Əmrəliyev Azərbaycanın xarici siyasətindəki balanslaşdırılmış və praqmatik xəttə diqqət çəkərək, rəsmi Bakının eyni zamanda İsraillə də çox yaxın, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrə malik olduğunu bildirib. Ölkələrimiz arasında hərbi, iqtisadi, texnoloji və siyasi müstəvidə çoxşaxəli, etibarlı bir əməkdaşlıq mühitinin mövcud olduğunu deyən ekspert, bu unikal statusun Azərbaycana qlobal arenada ciddi üstünlük qazandırdığını qeyd edib:

“Bu xüsusi balans Azərbaycanı həm rəsmi Ankara, həm də Təl-Əviv qarşısında çox güclü, sözükeçən və hər iki tərəfin rəyinə hörmətlə yanaşdığı bir mövqeyə keçirir. Ümumiyyətcə mən xüsusi olaraq deyərdim ki, Azərbaycan bu gün İsrailin bütövlükdə İslam dünyası ilə münasibətlərinin normallaşdırılması, dialoqun bərpa edilməsi məsələsində əsas platforma və ən etibarlı körpü rolunu oynayan unikal bir ölkədir.

Burada xüsusi vurğulanmalı, diqqət çəkilməli olan ən əsas məsələ məhz budur. Məhz rəsmi Bakının nümayiş etdirdiyi bu ardıcıl səylər və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa özünün diplomatik səviyyədə, diplomatik müstəvidə göstərdiyi uğurlu, uzaqgörən fəaliyyət gələcəyə doğru bu iki böyük gücün münasibətlərinin normallaşması istiqamətində ümidləri və real şansları daha da artırır”.

 

Növbəti tarixi görüş Azərbaycanda keçirilə bilərmi?

Hakan Fidanın verdiyi bəyanatların rəsmi Ankara tərəfindən danışıqlara yaşıl işıq yandırması mənasına gəldiyini ifadə edən politoloq, yaxın gələcəkdə atıla biləcək praktiki addımlardan və Bakının ev sahibliyi ehtimalından danışıb:

“Bəli, mövcud şərtləri və tarixi təcrübəni nəzərə alsaq, bu böyük ehtimalla Türkiyə və İsrail arasındakı növbəti yüksək səviyyəli görüşün baş vermə ehtimalı kifayət qədər böyükdür. Rəsmi Bakı bu taleyüklü məsələdə yenidən vasitəçilik missiyasını öz üzərinə götürərək tərəfləri masa arxasına otuzdura bilər. Münasibətlərin tam normallaşması və köhnə gərginliyin geridə qalması üçün hal-hazırda həm Türkiyə, həm də İsrail arasında çox geniş, hələ tam istifadə olunmamış böyük bir potensial mövcuddur”.

 

Politoloq sonunda regional proseslərin və qlobal güclərin bu normallaşmaya təsirini şərh edərək, beynəlxalq konyunkturun da rəsmi Bakının vasitəçilik missiyası üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb:

“Nəzərə almaq lazımdır ki, hal-hazırda Yaxın Şərqdə müəyyən bir sabitlik ritmi hökm sürür və gərginliyin azaldılması meyilləri var. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da regional münaqişələrin, xüsusilə bu regiondakı problemlərin sülh yolu ilə həlli, böhranların böyümədən dayandırılması üçün əlindən gələn bütün vasitəçilik missiyasını aktiv şəkildə həyata keçirir, bu istiqamətdə müxtəlif qlobal və regional layihələr icra olunur. Dünyada və regionda cərəyan edən bu ümumi müsbət fon da öz növbəsində həm Ankara, həm də Təl-Əviv üçün ikitərəfli münasibətlərin yenidən inkişaf etdirilməsi, təhlükəsizlik bağlarının bərpa olunması zərurətini qaçılmaz olaraq meydana çıxarır”.

Oxşarxəbərlər

Yağış, dolu, duman, 32° isti – Sabahın havası
CƏMİYYƏT

Yağış, dolu, duman, 32° isti – Sabahın havası

28/06/2026 12:50
51
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi
CƏMİYYƏT

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi

28/06/2026 11:36
51
İyulun 1-dən bu şəxslər hərbi xidmətə çağırılır
CƏMİYYƏT

İyulun 1-dən bu şəxslər hərbi xidmətə çağırılır

28/06/2026 11:12
51
Tezliklə maaşlar artırıla bilər – Əhaliyə sevindirici xəbər
CƏMİYYƏT

Tezliklə maaşlar artırıla bilər – Əhaliyə sevindirici xəbər

28/06/2026 10:39
52
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”
CƏMİYYƏT

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
54
Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər
CƏMİYYƏT

Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər

27/06/2026 18:10
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yağış, dolu, duman, 32° isti – Sabahın havası

Yağış, dolu, duman, 32° isti – Sabahın havası

28/06/2026 12:50
51
Dünya bu dəhşətli cinayətdən danışır: 17 yaşlı qızı.. – VİDEO

Dünya bu dəhşətli cinayətdən danışır: 17 yaşlı qızı.. – VİDEO

28/06/2026 12:47
51
Türkiyədə yayın ortasında 5 metr QAR YAĞDI

Türkiyədə yayın ortasında 5 metr QAR YAĞDI

28/06/2026 12:20
52
Bakıda yaşlı qadın ərini baltalayıb

Bakıda yaşlı qadın ərini baltalayıb

28/06/2026 12:00
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
74

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.