Xalq artisti Brilliant Dadaşova növbəti solo konserti ilə yenidən gündəmə gəlib.
Gündəm24.az xəbər verir ki, səhnə performansı və canlı ifası ilə diqqət çəkən sənətçinin bu dəfə ən çox müzakirə olunan detalı geyimi olub.
Belə ki, Brilliant Dadaşova konsert zamanı qısa ətək seçimi ilə izləyicilərin diqqətini üzərinə cəmləyib.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Xalq artistinin səhnə obrazını cəsarətli və zövqlü adlandırsa da, digər qisim bu geyimin sənətçinin yaşına və statusuna uyğun olmadığını düşünərək tənqidi fikirlər səsləndirib.
Müzakirələrə baxmayaraq, Brilliant Dadaşovanın enerjili səhnə performansı və tamaşaçı ilə ünsiyyəti konsertin əsas diqqət çəkən məqamlarından biri olub.














