Cümə, May 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zaxarovadan Türkiyəyə ağır ittiham

01/05/2026 12:45
Dünya
40 3
Zaxarovadan Türkiyəyə ağır ittiham
54
Baxış sayı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qardaş Türkiyəni Ukraynaya dəstəyə görə ittiham edib. O, Türkiyə və Bolqarıstanın “NATO daxilində Ukraynanı dəstəkləməklə Qara dənizdə dolayı yolla ətraf mühitə ziyan vurduğunu” bildirib. Zaxarovaya görə, alyansın üzvləri olaraq hər iki ölkə Kiyevə hərbi və maliyyə yardımı ilə bağlı qərarlara görə məsuliyyət daşıyır.

 

XİN rəsmisi qeyd edib ki, “siyasi dəstək, maliyyələşdirmə, birbaşa silah təchizatı və hər cür informasiya yardımı ilə Türkiyə və Bolqarıstan onların sahillərini yuyan dənizə zərbə endirməyə töhfə verir”. Zaxarova xüsusilə Qara dənizə “ekoloji zərbə”yə diqqət yönəldib. Hələ ki, rəsmi Ankara ittihama cavab verməyib. Lakin ilk dəfədir ki, Moskva indiyədək neytral vasitəçi kimi qəbul elədiyi Türkiyəni Ukraynaya görə bu şəkildə ittiham edir.

 

Niyə indi? Rəsmi Ankaranın reaksiyası nə olacaq?

 

Gündəm24.az  xəbər verir ki, AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-a açıqlamasında Zaxarovanın ittihamlarının ekoloji narahatlıqdan qaynaqlanmadığını açıqlayıb.

 

Onun sözlərinə görə, bu, daha geniş geosiyasi kontekstin məhsuludur və bir neçə paralel məqsədə xidmət edir. “Rusiya ilə Türkiyə arasında münasibətlər son illərdə həm əməkdaşlıq, həm də rəqabət elementləri ilə xarakterizə olunur. Enerji, Suriya, Cənubi Qafqaz və taxıl dəhlizi kimi mövzularda Ankara balanslı siyasət aparmağa çalışsa da, NATO üzvü kimi alyans çərçivəsində Ukraynaya müəyyən dəstək verməsi Moskvanın narazılığını artırır. Xüsusilə Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığının, o cümlədən pilotsuz uçuş aparatları və müdafiə sənayesi sahəsində əlaqələrinin inkişaf etdirilməsi Rusiyanı ciddi şəkildə narahat edir”, – R.Bayramov belə şərh edib.

 

Politoloqun fikrincə, Zaxarovanın ittihamlarını Qara dəniz faktoru ilə əsaslandırması da təsadüfi deyil: “Belə ki, Qara dəniz həm strateji, həm də simvolik məkan olaraq Ukrayna müharibəsində əsas cəbhələrdən biridir. Rusiya bu bölgədə hərbi üstünlüyünü qorumağa çalışır, lakin NATO-nun dolayı təsirinin artması, xüsusilə sahilyanı ölkələrin Ukraynaya dəstəyi Moskva tərəfindən təhlükə kimi qiymətləndirilir. Yəni məsələ yalnız ekologiya deyil, Qara dənizdə geosiyasi nəzarət uğrunda mübarizədir”.

 

Partiya funksioneri qeyd edib ki, daha bir vacib məqam Türkiyənin vasitəçi rolu ilə bağlıdır. Onun fikrincə, son dövrlərdə, xüsusilə Ukrayna danışıqlar üçün Türkiyənin vasitəçiliyinin daha uyğun olduğuna dair bəyanatlarla çıxış edir: “Həqiqətən də müharibənin əvvəlindən etibarən Ankara həm Ukrayna, həm də Rusiya ilə danışa bilən nadir aktorlardan biri olaraq çıxış edib. İstanbul razılaşması, taxıl sazişi, eləcə də əsir mübadiləsi kimi təşəbbüslər məhz Türkiyənin neytral vasitəçiliyi ilə mümkün olub. Lakin indi Rusiya hesab edir ki, Türkiyə bu balansı qorumur. Digər tərəfdən danışıqlarda faktiki olaraq Rusiyanın mövqelərini müdafiə edən ABŞ-nin Türkiyə ilə əvəzlənməsi də Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Rusiya bu tip ittihamlarla Türkiyənin neytral statusunu şübhə altına almaq istəyir”.

 

R.Bayramov onu da bildirib ki, Türkiyə bu cür ittihamlara adətən emosional deyil, praqmatik cavab verir: “Düşünürəm ki, Ankara haqlı olaraq özünün beynəlxalq hüquqa uyğun hərəkət etdiyini, Ukraynaya dəstəyin isə regional sabitlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayacaq. Eyni zamanda, Türkiyə Rusiya ilə münasibətləri tam gərginləşdirməmək üçün ritorikanı eskalasiya etməməyə çalışacaq”.

 

Oxşarxəbərlər

İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan var
Dünya

İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan var

01/05/2026 15:57
53
Bu ölkədə yeniyetmələrə komendant saatı tətbiq EDİLƏCƏK
Dünya

Bu ölkədə yeniyetmələrə komendant saatı tətbiq EDİLƏCƏK

01/05/2026 14:47
71
Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?
Dünya

Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

01/05/2026 14:45
53
Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?
Dünya

Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

01/05/2026 14:45
72
Rusiyada yüksək vəzifəli şəxsə HÜCUM- VİDEO
Dünya

Rusiyada yüksək vəzifəli şəxsə HÜCUM- VİDEO

01/05/2026 14:39
61
ABŞ-də banka silahlı hücum: ƏMƏKDAŞLARI ÖLDÜRDÜLƏR
Dünya

ABŞ-də banka silahlı hücum: ƏMƏKDAŞLARI ÖLDÜRDÜLƏR

01/05/2026 14:31
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yoldaşını anasıgilə göndərib körpə qızını ÖLDÜRDÜ

Yoldaşını anasıgilə göndərib körpə qızını ÖLDÜRDÜ

01/05/2026 16:08
53
İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan var

İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan var

01/05/2026 15:57
53
Xəstələrin qaçması ilə bağlı yayılan məlumatlarla bağlı – RƏSMİ AÇIQLAMA

Xəstələrin qaçması ilə bağlı yayılan məlumatlarla bağlı – RƏSMİ AÇIQLAMA

01/05/2026 15:53
52
Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər tələb OLUNUR? – Vacib MƏLUMATLAR

Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər tələb OLUNUR? – Vacib MƏLUMATLAR

01/05/2026 15:48
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
62

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
65

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.