Rusiya xarici işlər nazirinin müavini və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Cenevrədə keçirilən danışıqların çətin, lakin peşəkar olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Ukrayna böhranına həll yolu tapmaq məqsədilə Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən üçüncü danışıqların ikinci günü başa çatıb. Danışıqlardan sonra Vladimir Medinski görüşləri çətin, lakin peşəkar adlandırıb və yaxın gələcəkdə Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyini bildirib. İlk gün görüşləri 6 saat davam edib, dünən isə müxtəlif formatlarda və təxminən iki saatlıq qapalı iclaslar keçirilib. Stiv Vitkov çıxışında irəliləyiş əldə olunduğunu qeyd edib. İlk iki tur isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub; birinci mərhələ 23-24 yanvar, ikinci mərhələ isə 4-5 fevral tarixlərində keçirilib və Vaşinqtonun təqdim etdiyi sülh planının həll olunmamış məsələləri müzakirə olunub.
Sədaqət Həsənova














