Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əli Əsədov qərar imzaladı – Bu qayda dəyişdirildi

22/06/2026 18:39
CƏMİYYƏT
38 2
Əli Əsədov qərar imzaladı – Bu qayda dəyişdirildi
50
Baxış sayı

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nı təsdiq edib.

 

Gündəm24.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, Qayda “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 29 dekabr 2025-ci il tarixli fərmanında göstərilən donor qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHT Agentliyi) ilə birlikdə həyata keçirilməsi mexanizmini müəyyən edir.

Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi əsasında əlaqələndirməni bu Qayda ilə müəyyən edilmiş mexanizm çərçivəsində “Elektron Hökumət İnformasiya Sistemi” üzərindən sahibi və operatoru QHT Agentliyi olan “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi (Sistem) həyata keçirir. Dövlət qurumları qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi üzrə məlumat mübadiləsi, sorğular, şikayətlər, müqavilə, saziş və digər sənədlərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanması daxil olmaqla bütün sənəd dövriyyəsini Sistem vasitəsilə aparır.

QHT Agentliyi donor qurumlar ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak edir.

 

QHT Agentliyi hər il oktyabrın 1-dək növbəti təqvim ili üzrə donor qurumlardan onların QHT-lərə ayrılması nəzərdə tutulan maliyyə vəsaitlərinin həcmini və bölgüsünü, bu xüsusda planlaşdırılan işlərə dair ilkin tarixləri və mövzuları hazırladığı nümunəvi formalar əsasında qəbul edir, daxil olmuş məlumatları təhlil edir, təqdim olunmuş mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu (gənclər siyasəti sahəsində qrant maliyyələşdirilməsi ilə bağlı mövzuların qiymətləndirilməsi ölkə Prezidentinin 21 oktyabr 2015-ci il tarixli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Prezident yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi-Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun aparılır) nəzərdən keçirir, donor qurumların rəylərini nəzərə almaqla, növbəti təqvim ili üzrə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə planlaşdırılan işlərin ardıcıllığını müəyyənləşdirir, əlaqələndirməni aparır. Donor qurumlar “bir pəncərə” prinsipi əsasında QHT-lərin maliyyələşdirilməsi üzrə planlaşdırdıqları fəaliyyətlərə başlamazdan ən azı 1 ay əvvəl QHT Agentliyinin hazırladığı nümunəvi formalar əsasında yekun məlumatları QHT Agentliyinə təqdim edirlər. QHT Agentliyi 20 iş günü ərzində bu məlumatları təhlil edir və təqdim edilmiş fəaliyyətlərə dair rəyini verir.

 

Qayda donor qurumların yalnız subyekti QHT olan təsisatların maliyyələşdirilməsinə dair münasibətləri tənzimləyir.

 

Qaydada istifadə olunan anlayışlar normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

 

Dövlət qeydiyyatına alınmamış QHT-lər donor qurumlar tərəfindən maliyyələşdirilə bilməz.

Donor qurumlar QHT-lərin irəli sürdükləri layihələrin maliyyələşdirilməsini Mülki Məcəlləyə, “Qrant haqqında” qanuna, digər qanunlara, Prezidentin fərman və sərəncamlarına, bu Qaydaya və igər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirirlər.

QHT-lərə ayrılmış maliyyə vəsaiti donor qurumlar tərəfindən Azərbaycan manatı ilə QHT-nin bank hesabına köçürülür.

Oxşarxəbərlər

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
CƏMİYYƏT

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

22/06/2026 19:15
50
Nazir AÇIQLADI: Bu şəxslərin maaşları artırılır
CƏMİYYƏT

Nazir AÇIQLADI: Bu şəxslərin maaşları artırılır

22/06/2026 19:02
50
Nazirlər Kabineti yeni qərar verib
CƏMİYYƏT

Nazirlər Kabineti yeni qərar verib

22/06/2026 18:38
50
Sabah bu ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Sabah bu ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ

22/06/2026 18:24
50
Bakıda su bu qrafiklə verilir – Saatlar açıqlandı
CƏMİYYƏT

Bakıda su bu qrafiklə verilir – Saatlar açıqlandı

22/06/2026 17:30
55
Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video
CƏMİYYƏT

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video

22/06/2026 16:13
63

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Nazir AÇIQLADI: Bu şəxslərin maaşları artırılır

Nazir AÇIQLADI: Bu şəxslərin maaşları artırılır

22/06/2026 19:02
50
Əli Əsədov qərar imzaladı – Bu qayda dəyişdirildi

Əli Əsədov qərar imzaladı – Bu qayda dəyişdirildi

22/06/2026 18:39
50
Nazirlər Kabineti yeni qərar verib

Nazirlər Kabineti yeni qərar verib

22/06/2026 18:38
50
Sabah bu ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ

22/06/2026 18:24
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
55

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.