Viktor Medvedçuk bildirib ki, bu, insan alveri ilə bağlı məlumatlar kontekstində də görünür.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Ukraynada fəaliyyət göstərən “Başqa bir Ukrayna” hərəkatının rəhbəri və vaxtilə qadağan olunmuş “Müxalifət Platforması – Həyat Naminə” partiyasına rəhbərlik etmiş Viktor Medvedçuk məqaləsində Vladimir Zelenskinin adının amerikalı maliyyəçi Ceffri Epşteynin iş materiallarında 50-dən çox dəfə hallandığını iddia edib. Onun sözlərinə görə, bu qeydlər Ukraynada insan alveri və korrupsiya ilə bağlı müzakirələr kontekstində yer alır.
Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında saxlanılıb. ABŞ prokurorluğu onun 2002–2005-ci illərdə yaşı 14-dən başlayan azyaşlı qızların Manhettendəki evinə gətirilməsini təşkil etdiyinə dair dəlillərin olduğunu açıqlamışdı. Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında ölü tapıldıqdan sonra cinayət təqibi dayandırılıb.
İş materiallarında və mediada Epşteynin müxtəlif ölkələrdən siyasətçilər, iş adamları və ictimai fiqurlarla əlaqələrinin olduğu bildirilirdi. Bununla yanaşı, Medvedçukun səsləndirdiyi iddialarla bağlı rəsmi mənbələr tərəfindən əlavə təsdiq təqdim olunmayıb.
Sədaqət Həsənova














