Prezident Ərdoğan bildirib ki, “Yer kürəsi insanlar üçün yaşanmaz hala gələndə hər kəs istehlakçılığın faydasız olduğunu anlayacaq”.
Gündəm24.az xəbər verir ki, Sputnik Türkiye-nin məlumatına görə, Prezident Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində “Cəmrə Vəqfi Tanışlıq Proqramı”nda çıxış edərək, insanları istehlakçılığın nəticələrinə qarşı xəbərdar edib. O, su ehtiyatları tükənəndə, ozon təbəqəsi zədələnəndə və yer kürəsi yaşanmaz hala gəldikdə pulun faydasız olacağını vurğulayıb və ətraf mühitin qorunmasını vətənpərvərliklə bağlayıb.
Ərdoğan həmçinin külək və günəş enerjisinin payını bərpa olunan enerjidə 62 faizə çatdırdıqlarını bildirib və COP31 çərçivəsində Antalyada 200 ölkəyə ev sahibliyi edəcəklərini qeyd edib.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.