İran prezidenti Məsud Pazeşkian Ali Rəhbər Əli Xameneinin nüvə proqramı ilə bağlı açıqlamalarına toxunaraq dedi: “O, bizim nüvə silahımız olmayacağını deyəndə, bu, əslində onlara sahib olmayacağımız deməkdir”.
Gündəm24.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Prezident Pezeşkian Mazandaran əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında cari məsələlərlə bağlı açıqlamalar verib. O, İranın nüvə silahı axtarmadığını bildirərək ali dini liderə istinad edib və qeyd edib ki, cəmiyyətin lideri siyasətçilər kimi yalan danışmır, nüvə silahımız olmayacağını deyəndə bu, həqiqətən də onlara sahib olmayacağımız anlamına gəlir.

Pezeşkian ABŞ prezidenti Donald Trampın “İran nüvə silahına sahib olmayacağını bəyan etməlidir” fikrinə də münasibət bildirib. O vurğulayıb ki, İran bu mövqeyi artıq dəfələrlə açıq şəkildə ifadə edib.

Eyni zamanda ABŞ-ın vitse-prezidenti JD Vance Trampın İranla bağlı mövqeyinin son dərəcə aydın olduğunu deyib. Onun sözlərinə görə, ABŞ prezidentinin mesajı birmənalıdır və İranın nüvə silahına sahib olmasına yol verilə bilməz.
Sədaqət Həsənova













