Fridrix Merz Almaniya-Çin hökumətlərarası məsləhətləşmələrinin ya 2027-ci ilin əvvəlində, ya da bəlkə də bu ilin sonlarında keçirilməsi planlarını açıqladı.
Gündəm24.az xəbər verir ki, Almaniyanın NTV telekanalının yaydığı məlumata görə, Almaniya kansleri Fridrix Merts Çinə səfəri zamanı Ukraynada davam edən münaqişəni Çin prezidenti Si Cinpinlə ətraflı müzakirə edib. Kansler bildirib ki, danışıqlar zamanı Çin rəhbərliyinə bu ölkənin Ukraynadakı müharibənin sona çatmasına töhfə verməsinin vacibliyini çatdırmağa çalışıb və mövzu Prezident Si Cinpinlə geniş şəkildə müzakirə olunub.
Fridrix Merts həmçinin Almaniya və Çin arasında hökumətlərarası məsləhətləşmələrin keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu görüşün ya 2027-ci ilin əvvəlində, ya da cari ilin sonlarına doğru baş tutması mümkündür və məsləhətləşmələrə Çin ev sahibliyi edəcək.
Kanslerin səfər çərçivəsində səsləndirdiyi fikirlər Almaniya–Çin münasibətlərində Ukrayna münaqişəsinin əsas gündəm mövzularından biri olaraq qaldığını göstərir.
Sədaqət Həsənova












