İsrail İrana hücum etdikdən sonra hava məkanını bağladı.
Gündəm24.az xəbər verir ki, N12 televiziyasının verdiyi məlumata görə, İsrailin İrana hücumu sonrası Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanı ən azı 48 saat müddətinə bağlanıb. Ölkə hava məkanını tamamilə qapayıb və bütün uçuşlar müvəqqəti dayandırılıb. Səyahətçilər və hava limanı xidmətlərindən istifadə edənlər üçün ciddi məhdudiyyətlər tətbiq olunub, regional təhlükəsizlik səbəbi ilə uçuşların bərpası gecikə bilər.
Sədaqət Həsənova














