ABŞ Dövlət katibi Marki Rubio İranla bağlı açıqlama verərək bildirib ki, ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlar başa çatdıqdan sonra dünya daha təhlükəsiz olacaq.
Sfera.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Marko Rubio bildirib ki, məqsəd İranın hərbi imkanlarını zəiflətməkdir. Onun sözlərinə görə, İran raketlər və birtərəfli hücum dronları kimi silahlardan istifadə edərək təhlükə yaradır.
Rubio qeyd edib ki, həyata keçirilən əməliyyatlar nəticəsində İranın hər keçən gün daha az raketi və buraxılış qurğusu qalır, hərbi zavodların fəaliyyəti isə zəifləyir. ABŞ Dövlət katibi vurğulayıb ki, əməliyyatlar başa çatdıqdan sonra dünya daha təhlükəsiz və daha yaxşı bir yer olacaq.














