Attestatlar bu ildən elektron formada veriləcək.
Gündəm24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib:
“Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq və şagirdlər öz attestatlarını istənilən vaxt onlayn qaydada əldə edə biləcəklər. Rəqəmsallaşma prosesi çərçivəsində təhsil sənədlərinin elektronlaşdırılması həm şəffaflığın artırılmasına, həm də sənədlərə çıxışın asanlaşdırılmasına xidmət edir. “Rəqəmsal məktəb” platformasının tətbiqi genişləndirilir və gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq”.
E.Bağırov vurğulayıb ki, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində kağız jurnalın ləğvi nəzərdə tutulur:
“Əlavə olaraq daha 199 təhsil müəssisəsi, 235 min şagird və 17 min pedaqoji heyət “Rəqəmsal Məktəb” platformasından istifadə edəcək”./Sfera.az













