Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu pulları dərhal DƏYİŞDİRİN

29/04/2026 09:49
CƏMİYYƏT
45 1
Bu pulları dərhal DƏYİŞDİRİN
58
Baxış sayı

Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi “skoçlanmış”, cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır.

Əgər bu pullar dövriyyədə problem yaradırsa, niyə ümumiyyətlə müştəriyə təqdim olunur? Cırıq və ya skoçlanmış pullarla bağlı nə edək? Bunu təqdim edən tərəfə etirazı bildirməliyikmi?

Gündəm24.az   xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, dövriyyədə olan əsginas problem yaradırsa, müştəriyə təqdim olunmamalıdır:

“Belə hallar ümumiyyətlə yaşanmamalıdır, amma təəssüf ki, buna rast gəlinir. Mövcud qaydalara əsasən, müəyyən meyarlara cavab verməyən əsginaslar yararsız hesab olunur. Məsələn, cırığın ölçüsü normadan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələri çatışmırsa, əsginasın oxunması və tanınması çətindirsə, o, dövriyyəyə yararlı sayılmır. Bu cür əsginasları satıcılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirilməlidir. Hazırda bu sahədə tənzimləməni Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir və yararsız əsginasları qəbul edir. Lakin dəyişdirmə prosesi kifayət qədər çətindir və sadələşdirilməsinə ehtiyac var”.

İqtisadçı bildirib ki, vətəndaşlar yararsız əsginas əldə etdikdə onu asanlıqla dəyişə bilməlidir:

“Bu məqsədlə AMB özəl bankların filial şəbəkəsindən də istifadə etməlidir. Yəni vətəndaşların yaxınlıqdakı bank filialına müraciət edərək əsginası rahat şəkildə dəyişdirməsinə şərait yaratmalıdır. Bu yanaşma dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, yararsız pulların vaxtında çıxarılmasına və vətəndaşların narahatlığının azalmasına xidmət edər. İnsanlar əmin olar ki, təsadüfən yararsız əsginas aldıqları halda onu asanlıqla dəyişə biləcəklər. Nəticədə pulun istifadəsi daha rahatlaşar. Bu isə ümumilikdə iqtisadi dövriyyəyə müsbət təsir göstərər”.

Ekspert qeyd edib ki, vətəndaş kassada pul qəbul edərkən əsginasda problem aşkar edərsə, dərhal etirazını bildirməli, dəyişdirilməsini tələb etməlidir:

“Əks halda, həmin məsuliyyəti öz üzərinə götürmüş olur. Mövcud dəyişdirmə proseduru mürəkkəb olduğundan, insanlar çox vaxt bu məsuliyyəti qəbul etmək istəmir. Qeyd etdiyim kimi, proses sadələşdirilərsə və bank filialları vasitəsilə operativ şəkildə həyata keçirilərsə, problem əhəmiyyətli dərəcədə həll olunar”.

Oxşarxəbərlər

Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ

29/04/2026 11:31
51
Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA

29/04/2026 11:30
54
Pensiyalarla bağlı məlumat verildi: TƏYİNAT ARTIRILIB…
CƏMİYYƏT

Pensiyalarla bağlı məlumat verildi: TƏYİNAT ARTIRILIB…

29/04/2026 11:11
50
Bu tarixdə imtahan KEÇİRİLƏCƏK
CƏMİYYƏT

Bu tarixdə imtahan KEÇİRİLƏCƏK

29/04/2026 11:02
50
Bakı metrosu ilə bağlı VACİB XƏBƏR: 17-22 may TARİXLƏRİNDƏ …
CƏMİYYƏT

Bakı metrosu ilə bağlı VACİB XƏBƏR: 17-22 may TARİXLƏRİNDƏ …

29/04/2026 10:53
50
Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır
CƏMİYYƏT

Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır

29/04/2026 10:30
68

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ

Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ

29/04/2026 11:31
51
Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA

Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA

29/04/2026 11:30
54
SON DƏQİQƏ: İrana qarşı müharibə BAŞA ÇATDI – Tramp BƏYAN EDƏCƏK

SON DƏQİQƏ: İrana qarşı müharibə BAŞA ÇATDI – Tramp BƏYAN EDƏCƏK

29/04/2026 11:25
50
SON DƏQİQƏ: Azərbaycan nümayəndələri İrəvana GETDİ

SON DƏQİQƏ: Azərbaycan nümayəndələri İrəvana GETDİ

29/04/2026 11:24
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In