Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bazarda son vəziyyət — Bu maşınlar kəskin bahalaşdı

22/06/2026 11:30
CƏMİYYƏT
41 2
Bazarda son vəziyyət — Bu maşınlar kəskin bahalaşdı
54
Baxış sayı

Bakının Badamdar qəsəbəsində yerləşən paytaxtın ən böyük avtomobil satış mərkəzində alıcı seyrəkliyi diqqət çəkir. Səhər saatlarından etibarən əraziyə üz tutan müxbirimiz satışda olan nəqliyyat vasitələrinin mövcud vəziyyətini yerindəcə araşdırıb. Satıcılar müştəri azlığından və qiymətlərin bahalaşmasından gileylənirlər. Alıcılar isə ciblərinə uyğun maşın tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Bazarda həm yerli avtosalonların təklif etdiyi yeni modellər həm də ikinci əl maşınlar sərgilənir. Cari ildə ekoloji təmiz və kiçikhəcmli mühərrikli nəqliyyat vasitələrinə tələbatın artması müşahidə olunur.

Demokrat.az xəbər verir ki, bazarda ən çox müzakirə edilən məsələ idxal rüsumları və kredit şərtləridir. Son dövrlər gömrük rüsumlarının artması və bankların ilkin ödəniş tələblərini sərtləşdirməsi alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. İkinci əl avtomobil bazarında daha çox 1.5 və 2.0 litrlik mühərrikə malik modellər üstünlük təşkil edir. Süni intellekt və hibrid texnologiyalı Çin istehsalı olan nəqliyyat vasitələrinin də sayı nəzərəçarpacaq dərəcədə artıb. Köhnə illərin istehsalı olan iri mühərrikli maşınlar isə küncdə qalıb. Yanacaq xərclərinin artması insanları qənaətcil modellərə yönəldir. Bu səbəbdən hibrid və tam elektrikli modellərin qiymətində artım qeydə alınır.

Uzun illərdir burada maşın alqı-satqısı ilə məşğul olan Vaqif Əliyev alıcıların artıq ekonom seçimlərə üstünlük verdiyini deyib.

“Baha maşına heç kim yaxın durmur. Rüsumlar artandan sonra gətirilən maşınların maya dəyəri çox yüksəldi. Bazarda adam çoxdur amma hamı sadəcə qiymətlərlə maraqlanır. Real alıcı tapmaq müşkülə çevrilib. Əvvəlki illərdə gün ərzində bir neçə maşın satmaq olurdu. İndi isə həftələrlə gözləyirik ki bir nəfər gəlib real təklif irəli sürsün. Əhalinin üstünlük verdiyi qiymət aralığı 15-25 min manat civarındadır. Bu qiymətə də keyfiyyətli və yeni maşın tapmaq çətindir. İkinci əl Koreya və Yaponiya istehsalı olan maşınların qiyməti kəllə-çarxa qalxıb”.

Mərkəzdə fəaliyyət göstərən rəsmi və qeyri-rəsmi avtosalonlarda da vəziyyət fərqli deyil. Yeni gətirilən 2025 və 2026-cı il istehsalı olan populyar modellərin qiymətləri kifayət qədər yüksəkdir. Məsələn yeni nəsil Toyota Camry modellərinin qiyməti daxili bazarda 61 min manatdan başlayaraq 78 min manata qədər yüksəlir. Eyni markanın populyar krossoveri olan Toyota RAV4 modeli üçün isə satıcılar 48 min manatdan 77 min manata qədər vəsait tələb edirlər.

Alman avtomobillərinin satıldığı sektorda isə BMW f seriyası modellərinə maraq hələ də yüksəkdir. Xüsusilə gənclər tərəfindən çox axtarılan BMW F30 və F10 modellərinin qiyməti buraxılış ili və yürüşünə görə fərqlənir. Hazırda bazarda yaxşı vəziyyətdə olan ikinci əl F30 modellərinin qiyməti 26 min manatdan başlayaraq 38 min manata qədər dəyişir. Satıcılar bu avtomobillərin ehtiyat hissələrinin asanlıqla tapılmasını əsas üstünlük kimi qeyd edirlər. Lakin texniki xidmət xərclərinin yüksək olması bəzi alıcıları mühərrik növü seçərkən daha ehtiyatlı davranmağa sövq edir. Digər tərəfdən F10 modellərinin də rəng və komplektasiyasından asılı olaraq qiymətləri kifayət qədər yüksək səviyyədə qorunub saxlanılır.

İkinci əl maşınların satıldığı hissədə Hyundai Elantra və Kia Cerato modelləri də böyük diqqət çəkir. Paytaxt yollarında taksi fəaliyyəti və gündəlik idarəetmə üçün ən çox tələb olunan bu avtomobillərin qiyməti ili və texniki vəziyyətinə görə dəyişir. Hazırda bazarda işlənmiş Hyundai Elantra modellərinin qiyməti 17 min manatdan başlayaraq 25 min manata qədər yüksəlir. Oxşar texniki göstəricilərə malik Kia Cerato modelləri üçün isə satıcılar 14 min manatdan 22 min manata qədər vəsait tələb edirlər. Alıcılar bu modelləri əsasən yanacaq sərfiyyatının az olması və ehtiyat hissələrinin ucuzluğuna görə seçirlər. Satıcılar isə son aylarda idxal xərclərinin artması səbəbindən bu seqmentdə də qiymətlərin sabit qalmadığını bildirirlər.

Çin brendlərindən olan Jetour T2 modelinin qiyməti 57 min manat ətrafında dəyişir. Digər tərəfdən gənc nəslin maraq göstərdiyi Changan və Kia Sportage modelləri də 30-40 min manat aralığında satışa çıxarılıb. Nəğd pulu olmayanlar üçün yeganə çıxış yolu daxili lizinq və ya ağır bank kreditləridir.

Bazarda lizinq şərtləri ilə maşın axtaran alıcı Elşən Məmmədov çətinliklərlə üzləşdiyini vurğulayıb.

“Kredit şərtləri çox ağırdır. Bəzi maşınlar üçün nəğd qiymət 25 min manat təyin olunub. İlkin ödəniş olaraq 6500 manat tələb edirlər. Lakin qalan məbləği lizinqlə hesablayanda aylıq ödəniş 24 ay ərzində 900 manata başa gəlir. Bu isə ümumi məbləğin üzərinə böyük faizlərin gəlməsi deməkdir. Təqdim olunan şərtlər orta aylıq gəliri olan şəxslər üçün əlçatan deyil. Avtomobillərin çoxunun üzərində taksi buraxılışı üçün uyğundur qeydi var. Lakin bu şərtlərlə maşın götürüb taksi fəaliyyəti ilə pul qazanmaq demək olar ki qeyri-mümkündür. Qazanılan pul ancaq lizinq şirkətinin faizlərinə gedəcək”

İşlənmiş avtomobillərin satıldığı hissədə isə nisbətən ucuz modellər diqqət çəkir. Köhnə model avropa maşınları ucuz olsa da ehtiyat hissələrinin bahalığı alıcıları qorxudur. Xüsusilə dizel mühərrikli nəqliyyat vasitələrinə qarşı son qadağalar və rüsum təhdidləri bu seqmentə marağı azaldıb. Satıcılar əllərində qalan köhnə avtomobilləri ziyanına da olsa satmaq istədiklərini gizlətmirlər. Lakin alıcılar gələcək xərcləri düşünərək seçim etməkdə tərəddüd edirlər. Gömrük rəsmiləşdirilməsi xərclərinin yüksək olması ölkəyə yeni işlənmiş maşınların gətirilməsini də məhdudlaşdırıb. Bu səbəbdən daxili bazarda mövcud olan maşınların qiyməti süni şəkildə qorunub saxlanılır.

Avtomobil ekspertləri mövcud durğunluğun hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar. Çünki qlobal bazarda dollar və avronun məzənnəsindəki dalğalanmalar birbaşa yerli bazara təsir göstərir. Eyni zamanda ekoloji standartların sərtləşdirilməsi köhnə avtomobil sahiblərini çətin vəziyyətə salır. Yaxın gələcəkdə daxili bazarda yalnız hibrid və elektromobillərin dominantlıq edəcəyi gözlənilir. Badamdar maşın bazarındakı mənzərə göstərir ki artıq köhnə üsullarla avtomobil satışı dövrü geridə qalır. İnsanlar indi yalnız qiymətə deyil həm də maşının gələcək istismar xərclərinə xüsusi diqqət yetirirlər.

Oxşarxəbərlər

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video
CƏMİYYƏT

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video

22/06/2026 16:13
51
Təcili Yardıma yol verərkən radara düşsəniz, mütləq bu addımı atın… – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Təcili Yardıma yol verərkən radara düşsəniz, mütləq bu addımı atın… – XƏBƏRDARLIQ

22/06/2026 16:06
53
Poliklinikalarda rentgen kabinetləri niyə azalır? – Şikayət
CƏMİYYƏT

Poliklinikalarda rentgen kabinetləri niyə azalır? – Şikayət

22/06/2026 15:56
54
600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq – Sumqayıtda nə baş verir?
CƏMİYYƏT

600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq – Sumqayıtda nə baş verir?

22/06/2026 15:54
51
Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər
CƏMİYYƏT

Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər

22/06/2026 15:51
54
Bakıda küləkli hava nə vaxta kimi davam edəcək?
CƏMİYYƏT

Bakıda küləkli hava nə vaxta kimi davam edəcək?

22/06/2026 15:48
51

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qubada sürüşmə oldu

Qubada sürüşmə oldu

22/06/2026 16:27
67
“Yaşasaydı 50 yaşı olacaqdı” – Dostları Cabir İmanovu yad etdilər – FOTO

“Yaşasaydı 50 yaşı olacaqdı” – Dostları Cabir İmanovu yad etdilər – FOTO

22/06/2026 16:20
52
Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – Video

22/06/2026 16:13
51
Təcili Yardıma yol verərkən radara düşsəniz, mütləq bu addımı atın… – XƏBƏRDARLIQ

Təcili Yardıma yol verərkən radara düşsəniz, mütləq bu addımı atın… – XƏBƏRDARLIQ

22/06/2026 16:06
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
55

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.