Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK

06/06/2026 11:53
CƏMİYYƏT
45 3
“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK
61
Baxış sayı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib.

Gündəm24.az xəbər verir ki, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək.

Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.

Vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət” mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq ediləcək.

Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50 %-i miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.

Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:

  • İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
  • işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə “ASAN xidmət” mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.

Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30 %-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 %-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 %-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə biləcək.

Vəsaitin 20 %-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80 %-i “ASAN xidmət” mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılacaq. “ASAN xidmət” mərkəzlərinə ayrılan vəsaitin 45 %-i Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55 %-i isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulacaq.

Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçiriləcək.

Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmayacaq.

Məlumat üçün bildirək ki, yuxarıda vəsait dedikdə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə minib./trend.az

Oxşarxəbərlər

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”
CƏMİYYƏT

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
53
Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər
CƏMİYYƏT

Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər

27/06/2026 18:10
54
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
CƏMİYYƏT

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
57
Bakıda motosikletçilərə qarşı REYD – VİDEO
CƏMİYYƏT

Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

27/06/2026 16:19
54
64 yaşlı kişi hərbi xidmətə çağırıldı
CƏMİYYƏT

64 yaşlı kişi hərbi xidmətə çağırıldı

27/06/2026 15:50
55
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
CƏMİYYƏT

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

27/06/2026 15:22
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

27/06/2026 22:21
51
Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

27/06/2026 22:07
54
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

27/06/2026 22:05
50
Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

27/06/2026 21:56
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.