Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…

18/06/2026 08:57
CƏMİYYƏT
42 2
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…
56
Baxış sayı

2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65-ə çatır. Beləliklə, Azərbaycanda qadınlar və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı eyniləşir. Bu məsələ artıq ictimaiyyətdə müzakirə obyekti olub. Ümumi olaraq qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilməsi gender bərabərliyi kimi təqdim edilir. Amma qadınların ailə və uşaqlara qulluq yükünü nəzərə alanlar fərqli düşünür.

Pensiya yaşının müəyyənləşdirilməsində əsas meyarlar hansılar olmalıdır? Ən uğurlu pensiya modeli necə ola bilər?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, pensiya yaşının təyinatında gender bərabərliyi yeganə meyar kimi götürülməməlidir:

“Gender bərabərliyi vacib prinsipdir, lakin qərar qəbul edilərkən digər demoqrafik göstəricilər, xüsusilə orta ömür uzunluğu da nəzərə alınmalıdır. İnsanların daha uzun yaşaması və əmək qabiliyyətini daha uzun müddət saxlaması pensiya sisteminə əlavə yük yaradır. Buna görə də orta ömür uzunluğu artdıqca ya pensiya yaşı tədricən artırılmalı, ya da sistemin maliyyə dayanıqlığını qorumaq üçün başqa mexanizmlər tətbiq olunmalıdır. Pensiya sistemi ilk növbədə maliyyə baxımından dayanıqlı olmalıdır. Bununla yanaşı, yalnız insanların nə qədər yaşadığına deyil, onların hansı yaşa qədər fiziki və psixoloji baxımdan işləyə bildiyinə də diqqət yetirilməlidir. Əgər insan müəyyən yaşa qədər əmək fəaliyyətini davam etdirə bilirsə, onun təcrübəsindən istifadə etmək məqsədəuyğundur”.

İqtisadçı bildirib ki, mövcud sistemdə insanlar uzun illər tamştat işlədikdən sonra birdən-birə əmək bazarından ayrılır və pensiyaya çıxırlar:

“Halbuki insan əmək qabiliyyətini bir anda itirmir. Buna görə də pensiyaya keçid mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, 60-62 yaşdan etibarən iş yükü azaldılaraq yarımştat iş rejiminə keçid təmin oluna bilər. Bu mərhələ bir neçə il davam etdikdən sonra şəxs tam pensiyaya çıxa bilər. Hətta iş yükünün 75, 50 və 25 faiz səviyyələrində mərhələli şəkildə azaldılması da mümkündür. Belə yanaşma həm psixoloji, həm də iqtisadi baxımdan faydalıdır. Bir çox insan pensiyaya çıxdıqdan sonra sosial həyatdan uzaqlaşdığı üçün psixoloji çətinliklərlə üzləşir. Mərhələli keçid isə bu prosesi daha rahat edər. Eyni zamanda, insanlar müəyyən qədər əməkhaqqı almaqda davam edər, gələcək pensiya təminatlarını gücləndirər və pensiya fondunun yükü azalardı. Bu model qadınlara münasibətdə də tətbiq oluna bilər. Məsələn, pensiya yaşını birdən-birə artırmaq əvəzinə, daha erkən yaşdan iş yükünü azaltmaq və sonrakı illərdə mərhələli şəkildə tam pensiyaya keçidi təmin etmək mümkündür. Bu, həm insanlar üçün daha rahat keçid yaradar, həm də pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirər”.

Ekspert əlavə edib ki, yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur:

“Onlar tam ştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə fəaliyyət göstərərək bilik və təcrübələrini bölüşə bilərlər. Bəzən uzun illərin təcrübəsinə malik bir işçinin məhdud iş yükü ilə gördüyü iş cavan kadrların ortaya qoyduğu göstəricilərdən daha yüksək nəticə verə bilər. Pensiya siyasətində ailə vəziyyəti də nəzərə alınmalıdır. Uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə mühüm sosial yük düşür. Buna görə də belə hallarda əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar. Yəni daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlılığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Çünki yaşlı insanların enerjisi və təcrübəsi tam itmir, sadəcə əvvəlki dövrlə müqayisədə azalır. Bu səbəbdən onların əmək bazarında 8 saat deyil, 4 saat iş yükü ilə fəaliyyətini davam etdirməsi həm özləri, həm də cəmiyyət üçün faydalı ola bilər”.

Oxşarxəbərlər

Yumurta bu gün də 1 qəpikdir
CƏMİYYƏT

Yumurta bu gün də 1 qəpikdir

20/06/2026 11:36
50
Ümumdünya Qaçqınlar Günü: Didərginlik bitir, ədalət bərpa olunur
CƏMİYYƏT

Ümumdünya Qaçqınlar Günü: Didərginlik bitir, ədalət bərpa olunur

20/06/2026 11:15
50
Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?
CƏMİYYƏT

Taxıl bazarında həyəcan: Çörəyin bahalaşması qaçılmazdır?

20/06/2026 11:08
56
Yumurtanın ucuzlaşmasının səbəbi bilindi – Bəs digər məhsulların qiyməti necə olacaq?
CƏMİYYƏT

Yumurtanın ucuzlaşmasının səbəbi bilindi – Bəs digər məhsulların qiyməti necə olacaq?

20/06/2026 11:08
50
Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”
CƏMİYYƏT

Qənirə Ataşovadan evlilik etirafı: “Bu günə qədər…”

20/06/2026 10:54
54
“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO
CƏMİYYƏT

“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq – VİDEO

20/06/2026 10:47
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Daha bir dəhşətli motosiklet QƏZASI: Azyaşlı ÖLDÜ

Daha bir dəhşətli motosiklet QƏZASI: Azyaşlı ÖLDÜ

20/06/2026 11:43
50
Yumurta bu gün də 1 qəpikdir

Yumurta bu gün də 1 qəpikdir

20/06/2026 11:36
50
Medvedev: İran “nüvə silahı”ndan istifadə edəcək

Medvedev: İran “nüvə silahı”ndan istifadə edəcək

20/06/2026 11:32
50
Flora Kərimova bu gün evə buraxılır

Flora Kərimova bu gün evə buraxılır

20/06/2026 11:24
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.