Cümə, İyul 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari

24/07/2026 09:24
CƏMİYYƏT
44 2
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
58
Baxış sayı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsir edəcəyi iddia olunur.

İddialar nə dərəcədə realdır? Bahalaşma buna təsir göstərə bilərmi?

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycan kimi dövlət büdcəsi və ixrac gəlirləri əsasən neft sektorundan formalaşan ölkələr üçün dünya bazarında neftin qiymətinin artması iqtisadiyyat üçün müsbət göstəricidir.

“Çünki neftin qiyməti artdıqca dövlətin ixrac gəlirləri və büdcə daxilolmaları da artır. Lakin bu, o demək deyil ki, neft bahalaşan kimi dərhal pensiyalar, sosial müavinətlər artırılacaq və ya universal uşaqpulu tətbiq ediləcək. Bu cür qərarlar dövlət büdcəsinin imkanları, hökumətin sosial və fiskal siyasəti, eləcə də qəbul olunan büdcə qərarları əsasında verilir. Neftin bahalaşmasının digər tərəfi də var. Adətən enerji daşıyıcılarının qiymətinin yüksəlməsi qlobal inflyasiya təzyiqlərini də artırır. Nəticədə dövlətin gəlirləri artsa da, xərcləri də yüksəlir. Amma neft qiymətləri uzun müddət yüksək səviyyədə qalarsa və dövlətin gəlirləri artarsa, bu, hökumətə sosial xərcləri artırmaq üçün daha çox imkan yarada bilər. Belə olan halda pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması mümkündür”.

İqtisadçı bildirib ki, hazırda Azərbaycanda universal uşaqpulu sistemi tətbiq edilmir:

“Belə bir mexanizmin yaradılması yalnız neftin qiymətindən asılı deyil. Bu, dövlətin sosial siyasətindən, büdcə prioritetlərindən və qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olan məsələdir. Bundan başqa, neft gəlirlərinin hamısını cari sosial ödənişlərə yönəltmək də düzgün yanaşma olmaz. Bu vəsaitin bir hissəsinin Dövlət Neft Fondunda toplanması, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi sabitlik baxımından daha məqsədəuyğundur.

Eyni zamanda, uzun illərdir həyata keçirilən dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi istiqamətində də müəyyən boşluqlar mövcuddur. Xərclənən hər bir manatın iqtisadi və sosial baxımdan nə qədər nəticə verdiyini ölçən vahid, şəffaf qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var”.

Qeyd edək ki, iyulun 23-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub. “Azeri Light”ın əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.

Oxşarxəbərlər

İcra başçısı rəisi işdən çıxardı – FOTO
CƏMİYYƏT

İcra başçısı rəisi işdən çıxardı – FOTO

24/07/2026 13:32
50
“Space TV”nin bank hesablarına həbs qoyuldu – SƏBƏB
CƏMİYYƏT

“Space TV”nin bank hesablarına həbs qoyuldu – SƏBƏB

24/07/2026 12:57
50
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
CƏMİYYƏT

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24/07/2026 12:51
51
Qərar təsdiqləndi: psixi xəstələrin sayı azalacaq?
CƏMİYYƏT

Qərar təsdiqləndi: psixi xəstələrin sayı azalacaq?

24/07/2026 12:20
50
Baş nazir qərar imzaladı
CƏMİYYƏT

Baş nazir qərar imzaladı

24/07/2026 11:50
53
“WhatsApp”dan böyük yeniləmə
CƏMİYYƏT

“WhatsApp”dan böyük yeniləmə

24/07/2026 11:37
50

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev bu ölkələrə yeni səfir təyin etdi (SƏRƏNCAM)

İlham Əliyev bu ölkələrə yeni səfir təyin etdi (SƏRƏNCAM)

24/07/2026 13:53
50
Bu sənəd artıq elektron formada VERİLƏCƏK

Bu sənəd artıq elektron formada VERİLƏCƏK

24/07/2026 13:44
50
İlham Əliyev FƏRMAN İMZALADI

İlham Əliyev FƏRMAN İMZALADI

24/07/2026 13:39
50
İcra başçısı rəisi işdən çıxardı – FOTO

İcra başçısı rəisi işdən çıxardı – FOTO

24/07/2026 13:32
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
56

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

23/07/2026 20:11
73

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
71

Qərbi Azərbaycanın tarixi irsi – Hacı Novruzəli bəy məscidi

Qərbi Azərbaycanın tarixi irsi – Hacı Novruzəli bəy məscidi

23/07/2026 10:10
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.