Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı–Tbilisi qatar biletləri üçün mühüm dəyişiklik – ADY hərəkətə keçdi

24/06/2026 10:11
CƏMİYYƏT
815 25
Bakı–Tbilisi qatar biletləri üçün mühüm dəyişiklik – ADY hərəkətə keçdi
696
Paylaşım sayı
966
Baxış sayı

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır.

Gündəm24.az  “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:

“ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik”.

A.Fərəcov vurğulayıb ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib:

“Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur”.

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
982
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.