Bakıda avtoyuma məntəqəsində bədbəxt hadisə yaşanıb.
Gündəm24.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin ərazisində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.
Orada işləyən qəsəbə sakini, 1984-cü il təvəllüdlü Anar Yasin oğlu Əliyev yıxılıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.
Araşdırmalar aparılır./lent.az











