Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi – FOTOLAR

04/05/2026 15:16
CƏMİYYƏT
47 1
BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi – FOTOLAR
61
Baxış sayı

Azərbaycan Milli Xalça Muzeyində BP şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanmış Azərbaycan xalça sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunun təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhərində keçirilən “Beynəlxalq Xalça Festivalı 2026” ilə eyni vaxta təsadüf edib.

 

Gündəm24.az   bildirir ki, nəşrlərdə tanınmış sənətşünas Kübra Əliyevanın Azərbaycan xalçaçılıq sənətinin inkişafına həsr olunmuş fundamental tədqiqatları təqdim olunur. Layihə çərçivəsində nəşr edilən kitablar Azərbaycan xalçaçılıq məktəblərinin müxtəlif istiqamətlərini əhatə edərək onların tarixini, texniki xüsusiyyətlərini və bədii dəyərlərini geniş şəkildə təhlil edir. Nəşrlər toplusu xalçaçılıq sənətinin müxtəlif istiqamətlərini vahid elmi yanaşma əsasında bir araya gətirərək mövcud biliklərin sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, BP-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, layihənin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva, eləcə də layihənin rəhbəri, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı çıxış ediblər.

 

Çıxışlarda Azərbaycan xalça sənətinin zəngin tarixi, milli-mədəni irsin qorunması və sistemli şəkildə araşdırılmasının əhəmiyyəti, həmçinin bu kimi fundamental nəşrlərin gələcək nəsillər üçün dəyərli elmi mənbə rolunu oynayacağı vurğulanıb. Tədbirin aparıcısı, BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı isə Azərbaycan xalçaçılıq sənətinin ölkənin mədəni həyatında xüsusi yer tutduğunu və bu irsin qorunmasının vacibliyini qeyd edib.

Tədbirin bədii hissəsində “Muğam” müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Nurəddin Tağıyevdən ibarət “Zəfər” üçlüyünün ifasında Azərbaycan xalq musiqiləri səsləndirilib.

 

Nəşrlərə daxil olan kitablar Azərbaycan xalçaçılıq sənətinin müxtəlif istiqamətlərini əhatə edir. “Təbriz xalıları (Orta əsrlər)” kitabında Cənubi Azərbaycanda xalçaçılığın tarixi inkişafı, xüsusilə Təbriz məktəbinin formalaşması və onun Yaxın və Orta Şərq xalça sənətinə təsiri təhlil olunur. “Azərbaycanın xovsuz xalçaları” nəşri isə bu qədim ənənənin yaranmasını, əsas texnikalarını və regional xüsusiyyətlərini araşdırır. “Qarabağ xalçaları” kitabında Qarabağ xalçaçılıq məktəbinin inkişafı, əsas bədii istiqamətləri və Ağdam, Bərdə, Laçın, Şuşa kimi mərkəzlərdə formalaşmış nümunələr təhlil edilir, eyni zamanda süjetli xalça sənətinə dair tədqiqatlar sistemli şəkildə təqdim olunur.

 

Layihənin ərsəyə gəlməsində elmi redaktorlar Ərtegin Salamzadə və Sevil Sadıxova, məsləhətçi Şamxal Əbilov, koordinatorlar Aliyə Səfərova, İlahə Azməmmədova və Lətafət Əliyeva, buraxılışa məsul şəxslər Sevil İsmayılova və Rafiq Kazımov, dizaynerlər Sufi Səfərli və Elçin Aşurov, redaktorlar Ramin Alılı və Qurban Cəbrayıl, səhifələyici Gülnar Ələkbərova, korrektorlar Arzu Quluzadə, Nəzrin Hüseynova, Jalə Bəgəliyeva və İlahə Rzayeva, texniki redaktor Sevinc Yusifova, baş redaktor Nərgiz Cabbarlı, texniki direktor Allahverdi Kərimov, eləcə də texniki heyətin üzvləri Toğrul Rəhimli, Kəmalə Quluzadə, Alagöz Quliyeva və Briliyant Məmmədova iştirak ediblər.

 

 

 

 

 

 

 

Oxşarxəbərlər

Buna görə saytlara məhdudlaşdırma tətbiq ediləcək
CƏMİYYƏT

Buna görə saytlara məhdudlaşdırma tətbiq ediləcək

23/06/2026 12:00
50
Daşınmaz əmlakla bağlı BUNU EDİN- Əks halda CƏRİMƏ
CƏMİYYƏT

Daşınmaz əmlakla bağlı BUNU EDİN- Əks halda CƏRİMƏ

23/06/2026 11:56
50
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar oldu
CƏMİYYƏT

AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar oldu

23/06/2026 11:27
55
Bu qaydanı pozanlar cərimələnəcək – 2 min manatadək
CƏMİYYƏT

Bu qaydanı pozanlar cərimələnəcək – 2 min manatadək

23/06/2026 11:20
55
Bakı zooparkı ləğv olunur
CƏMİYYƏT

Bakı zooparkı ləğv olunur

23/06/2026 10:40
54
Cinayət Məcəlləsinə dəyişiklik edilir
CƏMİYYƏT

Cinayət Məcəlləsinə dəyişiklik edilir

23/06/2026 10:12
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

23/06/2026 12:28
50
“Vaxt Putinin əleyhinə işləyir” – ABŞ Rusiyadan görün nə TƏLƏB ETDİ

“Vaxt Putinin əleyhinə işləyir” – ABŞ Rusiyadan görün nə TƏLƏB ETDİ

23/06/2026 12:27
50
Ermənistanda ARA QARIŞDI: “Qara maskalı”lar Saqatelyanın evinə basqın etdilər

Ermənistanda ARA QARIŞDI: “Qara maskalı”lar Saqatelyanın evinə basqın etdilər

23/06/2026 12:22
50
Dənizdə batan qardaşların FOTOSU

Dənizdə batan qardaşların FOTOSU

23/06/2026 12:14
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
70

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
58

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.