Şənbə, May 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu şəxslərin maaşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlama

02/05/2026 05:53
CƏMİYYƏT
40 3
Bu şəxslərin maaşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlama
54
Baxış sayı

Azərbaycanın əmək qanunvericiliyində aparılan son dəyişikliklər iş dünyasında sosial ədalətin və gender bərabərliyinin təmin olunması istiqamətində inqilabi addım hesab edilə bilər. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” Qanuna edilən düzəlişlər işəgötürənlərin üzərinə konkret və ciddi öhdəliklər qoyur.

Yeni qaydalara əsasən, artıq işəgötürənlər təkcə eyni vəzifədə çalışanlara deyil, həm də “bərabər dəyərli” işi yerinə yetirən qadın və kişilərə tamamilə eyni əməkhaqqı ödəməyə borcludurlar. İşin bərabər dəyərli olması isə əmək funksiyasının xarakteri, iş şəraiti və tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, işəgötürənlər eyni intizam pozuntusuna görə cinsindən asılı olaraq işçilərə fərqli cəzalar verə bilməz, həmçinin iş yerində seksual qısnamanın və ayrı-seçkiliyin qarşısını almaq üçün preventiv tədbirlər görməyə məvburdurlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişikliklər ölkədə əmək bazarının şəffaflaşmasına və gizli diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edir: “İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyinin qanunla konkretləşdirilməsi çox mühüm məqamdır. Təcrübədə biz çox vaxt görürük ki, eyni çətinlikdə və eyni məsuliyyətdə iş görən qadın işçilər bəzən kişilərdən daha az maaş alırlar. Qanuna edilən ‘bərabər dəyərli iş’ anlayışı bu boşluğu doldurur. Yəni vəzifə adları fərqli olsa belə, əgər görülən işin ağırlığı və şirkət üçün əhəmiyyəti eynidirsə, maaşlar da bərabər olmalıdır”.

Ekspert qeyd edib ki, bu yenilik həm də işəgötürənlərin daxili intizam və əməkhaqqı siyasətinə yenidən baxmasını zəruri edir: “Qanun layihəsinin qəbulu o deməkdir ki, işəgötürən artıq subyektiv yanaşmalarla əməkhaqqı təyin edə bilməyəcək. Əmək Məcəlləsinin 154-cü maddəsinə edilən əlavə birbaşa göstərişdir. Əgər bir müəssisədə eyni pozuntuya görə kişiyə xəbərdarlıq edilib, qadına şiddətli töhmət verilirsə və ya əksinə olursa, bu artıq qanun pozuntusu sayılacaq. Cinsi mənsubiyyətə görə hər hansı bir üstünlüyün və ya məhdudiyyətin tətbiqi işəgötürən üçün ciddi hüquqi məsuliyyət yaradacaqdır”.

Əkrəm Həsənov həmçinin vurğulayıb ki, beynəlxalq standartlara uyğun gələn bu dəyişikliklər uzunmüddətli perspektivdə iqtisadi məhsuldarlığı artıracaq: “İşçilər arasında ədalət hissi güclənəndə motivasiya da artır. ‘Bərabər işə görə bərabər əməkhaqqı’ prinsipi sosial dövlət anlayışının əsas sütunlarından biridir. İndi əsas məsələ bu qanunların icrasına nəzarət mexanizminin necə işləyəcəyidir. Dövlət Əmək Müfəttişliyi Xidməti bu məsələdə monitorinqləri gücləndirməli və daxil olan şikayətləri yeni qanunvericilik prizmasından dəyərləndirməlidir”.

Oxşarxəbərlər

Qızıl almaq istəyənlərə pis xəbər
CƏMİYYƏT

Qızıl almaq istəyənlərə pis xəbər

02/05/2026 11:48
50
Söküləcək binalar gəlir mənbəyinə çevrilir: “Xruşşovka”lar niyə bahalaşır?
CƏMİYYƏT

Söküləcək binalar gəlir mənbəyinə çevrilir: “Xruşşovka”lar niyə bahalaşır?

02/05/2026 11:12
50
Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
CƏMİYYƏT

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

02/05/2026 10:23
58
Bakıda daha 30 metro stansiyası yaradılacaq – DETALLAR
CƏMİYYƏT

Bakıda daha 30 metro stansiyası yaradılacaq – DETALLAR

02/05/2026 09:26
57
Bu ərazidə 3 saatlıq işıq KƏSİLƏCƏK
CƏMİYYƏT

Bu ərazidə 3 saatlıq işıq KƏSİLƏCƏK

02/05/2026 09:20
55
Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…
CƏMİYYƏT

Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…

01/05/2026 21:10
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

02/05/2026 10:23
58
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

02/05/2026 10:19
71
Məşhur generala professor adı verildi

Məşhur generala professor adı verildi

02/05/2026 10:12
63
Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

02/05/2026 10:08
64

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
63

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
65

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.