Bazar, İyun 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Deputat Azərbaycanla bağlı sevindirici XƏBƏRİ AÇIQLADI

03/06/2026 11:48
CƏMİYYƏT
47 1
Deputat Azərbaycanla bağlı sevindirici XƏBƏRİ AÇIQLADI
61
Baxış sayı

Azərbaycan qazı növbəti 100 ildə də dünyanın DİQQƏTİNDƏ OLACAQ!

Xəbər verdiyimiz kimi, Bakıda öz işinə başlayan 31-ci “Baku Energy Forum”unun rəsmi açılış mərasimi növbəti dəfə qlobal enerji xəritəsində Azərbaycanın strateji rolunu ön plana çıxarıb. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin enerji potensialı ilə bağlı mühüm bəyanatlarla çıxış edib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.

Prezidentin qeyd etdiyi bu strateji hədəflər və ölkəmizin real qaz potensialının iqtisadi-geoloji mənzərəsini Oxu24.com-a şərh edən Milli Məclisin deputatı, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan təbii qaz ehtiyatlarına görə dünyada öndə olan ölkələrdən biridir.

Deputat bildirib ki, bəzi beynəlxalq şirkətlərin qiymətləndirmələrinə görə, təbii qaz ehtiyatlarına görə Azərbaycan dünyada ilk 12-likdə bərqərar olub. Kəşf olunan təbii qaz ehtiyatlarına görə isə ölkəmiz ilk 17-likdə qərarlaşıb.

V.Bayramov rəsmi rəqəmlər arasındakı fərqlərə toxunaraq qeyd edib:

“Bununla bağlı fərqli rəqəmlər var. BP Azərbaycanın təbii qaz ehtiyatlarının 2.5 trilyon kubmetrdən artıq olduğunu bildirir. Amerika Birləşmiş Ştatlarının Enerji İnformasiya İdarəsi 2 trilyon kubmetrdən artıq olduğunu bəyan edib. Amma müstəqil qiymətləndirmələr göstərir ki, təxminən Azərbaycanda kəşf olunmuş ehtiyatlar 3 trilyon kubmetrə yaxındır. Bu da növbəti yüz ildə Azərbaycanı və təbii ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələri qazla təmin edilməsinə imkan yaradır”.

İxrac coğrafiyasının genişlənməsi məsələsinə toxunan millət vəkili hazırda bu istiqamətdə çox dinamik bir prosesin getdiyini vurğulayıb:

“Sözsüz, coğrafiya — ixrac coğrafiyası genişlənir. Artıq 16 ölkəyə Azərbaycan təbii qaz nəql edilir. Onlardan 12-si Avropa İttifaqının üzvü olan ölkədir. Və eyni zamanda son illər Azərbaycan Avropaya 57 milyard kubmetrdən artıq qaz nəql edib”.

Ekspertin sözlərinə görə, Azərbaycan qazına maraq göstərən yeni ölkələrin sayı durmadan artır:

“Bir sıra ölkələr Azərbaycanın təbii qazını almaqda maraqlı olduqlarını bəyan ediblər, bununla bağlı danışıqlar gedir. O cümlədən Çexiya Respublikası ilə bu istiqamətdə danışıqlar aparılır. Ona görə gözlənti ondan ibarətdir ki, bu, Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsinə və növbəti dövrlərdə daha çox ölkələrin Azərbaycan təbii qazından istifadəsinə imkan yaradacaq”.

Oxşarxəbərlər

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”
CƏMİYYƏT

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
54
Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər
CƏMİYYƏT

Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər

27/06/2026 18:10
56
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
CƏMİYYƏT

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
57
Bakıda motosikletçilərə qarşı REYD – VİDEO
CƏMİYYƏT

Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

27/06/2026 16:19
55
64 yaşlı kişi hərbi xidmətə çağırıldı
CƏMİYYƏT

64 yaşlı kişi hərbi xidmətə çağırıldı

27/06/2026 15:50
56
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
CƏMİYYƏT

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

27/06/2026 15:22
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

27/06/2026 22:21
54
Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

27/06/2026 22:07
58
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

27/06/2026 22:05
55
Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

27/06/2026 21:56
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
73

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In