Bu gün Şəki şəhərinin 10-a yaxın küçə və prospektində eləcə də 4 kəndində mavi yanacağın verilməsi müvəqqəti dayandırılacaq.
Gündəm24.az bildirir ki, səhər saatlarından Şəki şəhərinin Z.Əliyeva prospekti, R.Ocaqov, Sarabski, S.Mümtaz, Ə.Sultanov, P.Mustafayev, B.Vahabzadə, F.Abdurahmanov, Bağbanlar küçələri eləcə də yaxınlıqdakı Oxud, Qoxmuq, İnçə və Kiş kəndlərində ümumilikdə 9800 abonentin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb prospektdə PE-315 mm-lik qaz xəttində Təmiz Qaz QSC tərəfindən aşkar edilmiş sızmanın ləğvi ilə əlaqədardır.
Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.














