Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlahiyyatçı 17 yaşlı Zəhranın məzarı ətrafındakı müzakirələrə NÖQTƏ QOYDU

22/06/2026 14:51
CƏMİYYƏT
47 0
İlahiyyatçı 17 yaşlı Zəhranın məzarı ətrafındakı müzakirələrə NÖQTƏ QOYDU
60
Baxış sayı

Son günlər 17 yaşında avtomobil qəzasında həyatını itirən Zəhra Mehdiyevanın məzarını ziyarət edən bəzi şəxslərin qəbir üstünə müxtəlif əşyalar, cipslər və şirin içkilər qoyması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs İslam dinində qəbir üzərinə bu cür əşyaların qoyulmasına necə baxılır? Bunun mərhuma hər hansı faydası varmı?

Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qəbir üzərinin müxtəlif əşyalarla bəzədilməsi və ya qidaların qoyulması düzgün hesab edilmir.

İlahiyyatçı Tural İrfan: “Ermənilərin dini yoxdur”

Onun sözlərinə görə, qəbir üstünə cips, içki və digər əşyaların qoyulması dini baxımdan mərhuma heç bir fayda vermir:

“İslam dininə görə qəbri bəzəmək, məzar üstünə müxtəlif əşyalar qoymaq, qidalar yerləşdirmək doğru deyil. Bu, bidət və günah sayılır. Ölü üçün yalnız dua edilməlidir. Eyni zamanda xeyirli işlər görüb savabını mərhuma bağışlamaq olar. Təmtəraqlı qəbir daşının, qəbir üstünə qoyulan şeylərin ölü üçün heç bir faydası yoxdur. Belə addımlar daha çox insanların öz təsəllisi üçündür”.

İlahiyyatçı qeyd edib ki, qəbir ziyarəti zamanı İslamın tövsiyə etdiyi əsas davranış dua etmək və mərhumu xatırlamaqdır:

“Qəbrin üzərinə ziyarət zamanı bir qədər su tökmək və yalnız dua etmək İslama uyğundur. Hərə özündən fərqli adət-ənənə qondarsa, yenilik gətirsə, həm dinin tələbləri, həm də milli adətlərimiz pozular. Qəbir və dəfn məsələləri ilə bağlı din xadimləri əhaliyə dini qaydaları daha geniş izah etməlidirlər”.

Tural İrfan vurğulayıb ki, bəzi hallarda faciəli şəkildə vəfat edən şəxslərlə bağlı insanlar emosional davranışlar sərgiləyirlər:

“Bəzən faciəli şəkildə vəfat edənlər olur ki, insanlar öz ürək yanğılarını ifadə etmək üçün müxtəlif addımlar atırlar. Lakin mümkün qədər emosiyalara qapılmamaq, dinin tələblərinə əməl etmək lazımdır. Mərhuma yaxşılıq etmək istəyənlər xeyriyyə işləri görüb savabını onun ruhuna bağışlaya bilərlər”.

İlahiyyatçının fikrincə, mərhumun ruhuna ən böyük töhfə onun üçün edilən dualar, verilən sədəqələr və həyata keçirilən xeyriyyə işləridir. Qəbir üzərinə qoyulan müxtəlif əşyalar isə dini baxımdan savab və ya fayda mənbəyi hesab edilmir.

Oxşarxəbərlər

Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər
CƏMİYYƏT

Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər

22/06/2026 15:51
52
AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb
CƏMİYYƏT

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

22/06/2026 15:40
50
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
CƏMİYYƏT

Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR

22/06/2026 15:30
54
Marketlərdə ucuz satılan yumurtalar sünidir? – BUNLARA DİQQƏT
CƏMİYYƏT

Marketlərdə ucuz satılan yumurtalar sünidir? – BUNLARA DİQQƏT

22/06/2026 14:08
54
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…”
CƏMİYYƏT

Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…”

22/06/2026 13:55
56
Prezidentin köməkçisi AÇIQLADI:Rayonlar üçün “mini inkişaf planları” hazırlanacaq
CƏMİYYƏT

Prezidentin köməkçisi AÇIQLADI:Rayonlar üçün “mini inkişaf planları” hazırlanacaq

22/06/2026 13:51
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər

Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər

22/06/2026 15:51
52
AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

22/06/2026 15:40
50
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR

Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR

22/06/2026 15:30
54
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

22/06/2026 15:28
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
55

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In