Çərşənbə, Avqust 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kiberdələduzlar insanları necə aldadır? – Bunu mütləq OXUYUN

19/08/2026 16:48
CƏMİYYƏT, Manşet
44 2
Kiberdələduzlar insanları necə aldadır? – Bunu mütləq OXUYUN
58
Baxış sayı

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi, eləcə də onlara qarşı kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır.

Gündəm24.az-ın xəbərinə görə, araşdırmalar göstərir ki, dələduzlər vətəndaşların maddi vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş şəkildə istifadə edirlər. Onların tətbiq etdiyi əsas üsullar və mexanizmlər aşağıdakılardır:

Saxta yaxın profilləri (borc istənilməsi): Dələduzlar sosial şəbəkələrdən dostunuzun və ya qohumunuzun şəklini və adını oğurlayaraq saxta profil yaradırlar. Həmin şəxsin adından sizə yazaraq müxtəlif bəhanələrlə (məsələn: “xəstəxanadayam, təcili pul lazımdır, mənə 500 manat göndər, yarım saata qaytaracağam” və s.) təcili pul köçürmənizi xahiş edirlər.

Psixoloji təzyiq zəngləri: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar (məsələn: “Adınıza qanunsuz kredit götürülüb” və ya “Kartınızdan terrorçulara pul köçürülür, günahsız olduğunuzu sübut etmək və məsuliyyətdən azad olmaq üçün təcili kart məlumatlarınızı və SMS-lə gələn kodu bizə deyin, yaxud pul göndərin həll edək və s.”). Bir çox hallarda nisbətən məlumatsız və yaşlı nəslin nümayəndələri hədəf seçilir; əvvəlcə tanıdıqları şəxslərin adından onlara mesajlar göndərilir (məsələn, “Hüquq-mühafizə orqanının filan adlı əməkdaşı sizinlə əlaqə saxlayacaq, problem yaranmaması üçün dediklərini et”). Vətəndaş “tanıdığı” şəxsə inanaraq saxta hüquq-mühafizə orqanı əməkdaşı ilə danışır, məlumatları onlara təqdim edir, hətta adına “kreditlərin silinməsi” bəhanəsi ilə yenidən kredit götürüb onlara göndərməyə və s. fəaliyyətlərə sövq edilir.

Saxta investisiya və qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir təklif edən yalançı elanlar yerləşdirirlər (məsələn: “10 manat yatır, 1 saata 200 manat qazan”). Vətəndaş ilkin olaraq az məbləğ köçürür, sistemdə saxta artım göstərilərək onu daha çox pul yatırmağa həvəsləndirirlər və sonda bütün vəsaiti mənimsəyib yoxa çıxırlar.

Fişinq hücumları: Məşhur elan və ya poçt xidmətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərirlər (məsələn: “Məhsulunuz alınıb, pulu kartınıza köçürmək üçün bu linkə daxil olun, beh üçün kart məlumatlarınızı göndərin” və s.). Vətəndaş həmin saxta səhifəyə kart məlumatlarını və şifrəsini daxil edən kimi balansındakı bütün pullar silinir.

Saxta bildirişlər: Vətəndaşlara uydurma cərimə, kommunal borc və ya vergi bildirişləri göndərirlər (məsələn: “Sizin 45 manat cəriməniz var, dərhal bu linkdən ödəyin, əks halda avtomobiliniz duracağa aparılacaq və ya məhkəməyə veriləcəksiniz”). Vətəndaş tələsik şəkildə saxta keçidə daxil olaraq kart məlumatlarını qurban verir.

Vətəndaşlara tövsiyələr

Kiberhücumlardan qorunmaq və dələduzluq qurbanına çevrilməmək üçün vətəndaşlardan aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur:

Yaxınlarınızdan gələn müraciətləri yoxlayın: Tanışlarınızdan təcili pul köçürməyi xahiş edən mesajlar daxil olduqda, dərhal həmin şəxsə zəng edərək və ya digər vasitələrlə vəziyyəti birbaşa özü ilə dəqiqləşdirin.

Məxfi məlumatları heç kimlə paylaşmayın: Banklar, dövlət qurumları və ya digər rəsmi təşkilatlar heç vaxt telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və ya SMS-də gələn təsdiq kodunu tələb etmirlər.

Şübhəli keçidlərə daxil olmayın: Tanımadığınız şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə klikləməyin. Xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə edin.

Təşvişə qapılmayın: “Hesabınızdan pul çıxarılır”, “adınıza kredit götürülüb” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər aldığınız zaman dərhal əlaqəni kəsin və özünü tədim edən şəxsin əməkdaşı olduğunu bildirdiyi qurumun rəsmi, tanınan nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın.

Vətəndaşlarımızdan rəqəmsal mühitdə ayıq-sayıq olmağı, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssaslıqla yanaşmağı xahiş edirik!\Musavat.com

Oxşarxəbərlər

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR
Hadisə

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
50
Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

19/08/2026 17:04
53
Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı
Manşet

Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

19/08/2026 16:59
50
Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?
Manşet

Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?

19/08/2026 16:22
53
“Həyatda özündən başqa heç kimin yoxdur” – Rəqsanənin qızı
Manşet

“Həyatda özündən başqa heç kimin yoxdur” – Rəqsanənin qızı

19/08/2026 16:16
59
Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT
CƏMİYYƏT

Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT

19/08/2026 15:50
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

19/08/2026 17:35
50
Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
50
Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

19/08/2026 17:04
53
Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

19/08/2026 16:59
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

19/08/2026 08:05
57

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
98

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
67

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.