Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?

16/04/2026 11:52
CƏMİYYƏT
804 34
Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
693
Paylaşım sayı
963
Baxış sayı

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı KONKRET.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Müraciətdə iddia edilir ki, məktəbdə 18 mart tarixində keçirilən Pedaqoji Şura iclasında direktor Gülər Bəbirova binanın 1-ci mərtəbədən 4-cü mərtəbəyədək bütün pəncərələrinin ağır dəmir setkalarla bağlanacağını bildirib.

Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.

Şikayətçilərin sözlərinə görə, bu məqsədlə müəllimlərdən pul yığılması tələb olunub və vəsaitin toplanması biologiya müəllimi, eyni zamanda məktəbin Həmkarlar Komitəsinin sədri Samirə Musayevaya həvalə edilib.

İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.

Bundan əlavə, məktəbdə xadimələrin ştat bölgüsü ilə bağlı narazılıqların olduğu vurğulanır. Belə ki, bəzi xadimələrin 1,25, digərlərinin isə 1 ştat vahidi ilə çalışdığı, nəticədə əmək yükü ilə maaş arasında balansın pozulduğu qeyd edilir. Vakant ştatların gizlədilməsi səbəbindən əlavə işçi cəlb edilmir.

Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.

Səsləndirilən iddialarla bağlı direktorla əlaqə saxladıq. O, suallarımızı cavablamaqdan imtina etdi və Nazirliyə müraciət ünvanlamağı məsləhət gördü.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan  KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.

Rəsmi açıqlamaya görə, araşdırma nəticəsində yalnız bəzi nöqsanlar müəyyən edilib. Bunlar məktəbdə bir neçə pəncərəyə dəmir tor quraşdırılması və xadimə ştatlarının qeyri-bərabər bölüşdürülməsi ilə bağlıdır. Qeyd olunub ki, pəncərələrə dəmir torun quraşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və FHN tərəfindən müvafiq razılıq alınmayıb.

Açıqlamada həmçinin bildirilib ki, aşkar olunmuş nöqsanlarla əlaqədar məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin izahatları alınıb.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır.

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
982
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.