Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Molla”nın ATƏT-in konfransında nə işi var? – VİDEO

17/03/2026 13:31
CƏMİYYƏT
826 43
“Molla”nın ATƏT-in konfransında nə işi var? – VİDEO
719
Paylaşım sayı
999
Baxış sayı

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, “Yeni Çağ” ​saytının baş redaktoru Aqil Ələsgərin ATƏT-də rus dilindəki çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Gündəm24.az  Milli.az-a istinadən xəbər verir ki, A.Ələsgərin 2026-cı il martın 16-sı Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Ölçüsü Konfransında Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçisi statusunda bilmədiyi xarici dildə çıxış etməsi tənqidlərlə qarşılanıb. Bu isə özlüyündə Aqil Ələsgərin Vyanaya – ATƏT tədbirinə hansı xətlə getməsi sualını yaradıb.

Məsələ ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, Aqil Ələsgərin Vyana səfəri QHT Agentliyinin xətti ilə maliyyələşdirilməyib: “Ümumiyyətlə, 2026-cı il üzrə açıqlanmış qrant müsabiqələrinin qalibləri arasında da “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin adı yoxdur. Aqil Ələsgərə də bu tədbirdə iştirakı üçün heç bir səfər qrantı verilməyib”.

Agentlik rəsmisi xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəni təmsil edən QHT təmsilçilərini də məsuliyyətli olmağa dəvət edib: “Təəssüflər olsun ki, bir sıra QHT nümayəndələrinin tədbirlərə hazırlıqsızlığı ölkə imicinə ziyan vurur. QHT Agentliyi xaricdə keçirilən mühüm tədbirlərdə iştirakı üçün zəruri səfər xərclərini qarşıladığı QHT təmsilçilərinin yüksək intellekt, hazırlıq səviyyəsinə, xarici dildə sərbəst çıxış etmək imkanına malik olmasına xüsusi yanaşır”.

Mövzu ilə bağlı Aqil Ələsgər özü isə deyib ki, o illərdir, öz şəxsi təşəbbüsü ilə beynəlxalq tədbirlərə qatılır və haqq bildiyi mövqeni müdafiə edir: “Bu dəfə də yenə öz şəxsi təşəbbüsümlə ATƏT-in toplantısına qatılmışam. İllərdir ki, ATƏT-in toplantılarına qatılıram, çıxış edirəm. Sadəcə olaraq, dünən moderator xanımın da dediyi kimi salon böyük, onunla aramızda məsafə olduqca uzun və içəridə mikrofonun səsi çox zəif olduğundan xanım moderatoru eşidə bilməmə kimi kiçik texniki qəza yaşadıq.  Sinxron tərcümə avadanlığı, içəridə olan texniki nasazlıq bir birimizi eşitməyə problem yaşatdı. Bir daha təkrar edirəm, diqqətlə kadra baxın. Xanım moderator da, sonda açıqca bildirir ki, “o, bizi eşitmir”.

Bunu eşitdikləri, gördükləri, hətta yazdıqları halda hücuma davam edənlərin məram və məqsədləri heç də qüsursuzluq arayışı deyil”.

Aqil Ələsgərə sözardı…

Belə bir atalar misalı var: “Görünən dağa nə bələdçi?”. İctimaiyyət arasında özünə reputasiya qazanmaq üçün heç bir xarici dil bilmədiyi halda ( nə yaza bilir, nə də oxuya bilir) belə mühüm bir tədbirə qatılaraq ölkənin nüfuzuna ciddi zərbə vurmaq zərurəti Aqil Ələsgərdə haradan yaranır?.. Belə biabırçı vəziyyətə “eşitməmək” kimi don geyindirmək də ayrıca bir “fərasətdir”. Moderatorla onun arasında bir neçə addım olmasına baxmayaraq və moderatorun mikrafonla çıxış etdiyi halda, öz əməlləri ilə öz  közündə yanan Aqil Ələsgər istəyir ki, millətin gözünə kül üfürsün.  Görəsən, ilahiyyat fakültəsini bitirən şəxs elə mollalıqla məşğul olsa, daha yaxşı olmazdımı? Görəsən, dil bilmədiyi halda başqalarının köməkliyi ilə özünü bu tədbirə soxuşdurmağın nə mənası var? Cümlələri belə yekunlaşdırmaq olar: “Axı “molla”nın ATƏT-in konfransı kimi mühüm bir yerdə nə işi var? Qaxıl, otur yerində də…

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
981
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.