Cümə, İyun 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nazirlər Kabineti yeni qərar VERİB

19/06/2026 18:21
CƏMİYYƏT
40 0
Nazirlər Kabineti yeni qərar VERİB
51
Baxış sayı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələri təsdiqlənib.

Gündəm24.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Beləliklə, “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilib.

 

Cəmiyyət “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyətin nizamnamə kapitalı 5 826 007 294 (beş milyard səkkiz yüz iyirmi altı milyon yeddi min iki yüz doxsan dörd) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 2 913 003 647 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

 

Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurasının digər üzvləri Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini var.

 

“İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

 

Cəmiyyət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Cəmiyyətin nizamnamə kapitalı 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 1.200.213.526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

 

Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. MüşahidəŞurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilərazılaşdırmaqla Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.

Oxşarxəbərlər

Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO
CƏMİYYƏT

Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO

19/06/2026 20:19
51
Əməkdar artistin ailəsində AĞIR İTKİ – FOTO
CƏMİYYƏT

Əməkdar artistin ailəsində AĞIR İTKİ – FOTO

19/06/2026 20:00
51
Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI
CƏMİYYƏT

Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI

19/06/2026 19:39
56
“TikTok” trendləri yeniyetmə üçün faciə ilə nəticələndi
CƏMİYYƏT

“TikTok” trendləri yeniyetmə üçün faciə ilə nəticələndi

19/06/2026 19:25
51
Fidan Mirzəlizadəyə yeni vəzifə verildi – FOTO
CƏMİYYƏT

Fidan Mirzəlizadəyə yeni vəzifə verildi – FOTO

19/06/2026 19:17
52
Bu istiqamətdə marşrut fəaliyyətə başlayır: Gedişhaqqı…
CƏMİYYƏT

Bu istiqamətdə marşrut fəaliyyətə başlayır: Gedişhaqqı…

19/06/2026 18:37
50

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO

Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO

19/06/2026 20:19
51
Əməkdar artistin ailəsində AĞIR İTKİ – FOTO

Əməkdar artistin ailəsində AĞIR İTKİ – FOTO

19/06/2026 20:00
51
Tramp Zelenski ilə mübahisəni “əla şou” adlandırıb

Tramp Zelenski ilə mübahisəni “əla şou” adlandırıb

19/06/2026 19:55
51
İsrail cənubi Livandan çıxmır – Netanyahudan bəyanat

İsrail cənubi Livandan çıxmır – Netanyahudan bəyanat

19/06/2026 19:43
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
53

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
56

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.