Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ: Bu ixtisası bitirənlər də müəllim işləyə biləcəklər

02/04/2026 15:11
CƏMİYYƏT
836 17
TƏCİLİ: Bu ixtisası bitirənlər də müəllim işləyə biləcəklər
706
Paylaşım sayı
981
Baxış sayı

Pedaqoji fəaliyyətlə məşğul olma qaydasına edilən son dəyişikliklər müəllimlərin işə qəbulu sistemində (MİQ) yeni perspektivlər açır. Dəyişikliklər fonunda əsas müzakirə mövzusu isə belədir: gələcəkdə ixtisasından asılı olmayaraq bütün ali təhsilli şəxslər müəllim kimi fəaliyyət göstərə biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, qaydalarda edilən yeniliklər artıq ictimaiyyətə təqdim olunub və bu istiqamətdə müəyyən yumşalmalar müşahidə edilir.

Ramin Nurəliyev

Ekspertin sözlərinə görə, hazırda pedaqoji ixtisaslarla yanaşı bəzi qeyri-pedaqoji ixtisas sahiblərinə də MİQ imtahanında iştirak etmək imkanı yaradılır və bu praktika əvvəlki illərdə də mövcud olub:

“Fərq ondan ibarətdir ki, hazırda filologiya, tarix və coğrafiya fənləri üzrə qeyri-pedaqoji ixtisasların MİQ imtahanında iştirakına icazə verilmir. Digər fənlər üzrə isə bu imkan saxlanılır. Elm və Təhsil Nazirliyi hər il əmək bazarındakı ehtiyaca uyğun qərar verir”.

Ramin Nurəliyev qeyd edib ki, bu yanaşmanın müsbət tərəfləri də var və beynəlxalq təcrübədə də sınaqdan keçirilib. Onun sözlərinə görə, xüsusilə yeni fənlərin tətbiqi bu ehtiyacı daha da aktuallaşdırır:

“Hazırda məktəblərdə süni intellekt dərslərinin tətbiqi müzakirə olunur. Bu dərsləri informatika müəllimlərinin tədris etməsi hər zaman mümkün olmaya bilər. Kompüter mühəndisliyi, kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisaslarını bitirən şəxslər bu sahədə daha uyğun namizədlərdir. Onlar MİQ imtahanında iştirak edib müəllim kimi fəaliyyətə başlaya bilərlər”.

Ekspert əlavə edib ki, bəzi fənlər üzrə müəllim çatışmazlığı da bu yanaşmanı zəruri edir. Məsələn, rəsm müəllimliyi sahəsində dizayn, rəngkarlıq və dekorativ-tətbiqi sənət ixtisaslarını bitirən şəxslərə müəllimlik imkanı verilməsi bu boşluğu doldurmağa kömək edir.

Onun fikrincə, kimya sahəsində də oxşar yanaşma tətbiq oluna bilər:

“Kimya mühəndisliyi ixtisasını bitirən şəxslər bəzən pedaqoji ixtisas məzunlarından daha güclü bilik bazasına malik olur. MİQ imtahanında həm ixtisas, həm də metodika üzrə sualların olması isə bu şəxslərin pedaqoji fəaliyyətə hazır olub-olmadığını müəyyən etməyə imkan verir”.

Ramin Nurəliyev hesab edir ki, imtahandan uğurla keçən və metodiki biliklərə yiyələnən şəxslərin müəllimlik fəaliyyətinə məhdudiyyət qoyulması məqsədəuyğun deyil.

Ekspert gələcəkdə filologiya, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə də müəyyən qeyri-pedaqoji ixtisaslara icazə veriləcəyini istisna etməyib:

“Hazırda bu sahələrdə kadr çatışmazlığı yoxdur. Ona görə də ehtiyac duyulmur. Lakin gələcəkdə belə bir ehtiyac yaransa, bu istiqamətdə də qərarlar qəbul edilə bilər”.

Beləliklə, mövcud dəyişikliklər göstərir ki, müəllimlərin işə qəbulu sistemində daha çevik və ehtiyaca əsaslanan yanaşma formalaşır. Bu isə gələcəkdə müxtəlif ixtisas sahibləri üçün pedaqoji fəaliyyətə çıxış imkanlarının daha da genişlənə biləcəyini deməyə əsas verir.

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
980
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
967

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.