Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toylarla bağlı yeni QAYDA- Azərbaycanda nə vaxt TƏTBİQ EDİLƏCƏK?

13/05/2026 13:30
CƏMİYYƏT
840 8
Toylarla bağlı yeni QAYDA- Azərbaycanda nə vaxt TƏTBİQ EDİLƏCƏK?
702
Paylaşım sayı
975
Baxış sayı
Türkiyədə toylarla bağlı 21 maddəlik yeni qaydalar müəyyənləşdi. Yeni qaydalara əsasən, gəlinə taxılacaq qızıl maksimum 70 qramla olmalı, nişan və “hə” mərasimləri eyni gün keçirilməli, toy isə yalnız bir gün davam etməlidir. Bundan başqa, bahalı səhnə quruluşu, rayon xaricində fotosessiya və gözəllik xidmətləri, eləcə də uzun avtomobil karvanları qadağan edilib. Gəlinlik və nişan geyimlərinin isə yerli satıcılardan alınması tələb olunur.

Bəs bu qaydalar gələcəkdə, bizim ölkə üçün də keçərli ola bilər?
Məsələ ilə bağlı deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.
Deputat bildirib ki, bu həm insanların rahatlığı, həm də ailə büdcəsinə qənaət edilməsi baxımından vacibdir və bu tədbirlər davam etdirilməlidir.

Toy şənliklərinin 2 milyon lirəyə başa gəlməsi və tətbiq olunan qaydalar əsasında bunun 500 min lirəyə endirilməsi, əlbəttə ki, həm ailə büdcəsinə, həm də sərf olunan ərzaq məhsullarına qənaət baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qısalıq və təşkilatçılıq baxımından da vacibdir.

Çünki elə toy mərasimləri var ki, bir neçə mərhələdən ibarət olur: əvvəl elçilik, sonra nişan, daha sonra gəlin görüşü, xına mərasimi və toy – bu silsilə tədbirlər, əlbəttə ki, ailələri ciddi şəkildə yükləyir və narahat edir.

Tahir Rzayev söyləyib ki, bəzi xərclərin azaldılması, toylarda müəyyən xidmətlərin məhdudlaşdırılması da məhz ailə büdcəsinə hesablanıb. Azərbaycanda da bu cür tədbirlər həyata keçirilə  və qaydalar tətbiq oluna bilər. Artıq bir müddətdir ki, ölkəmizdə  yas mərasimlərində ehsan verilməsi yığışdırılıb. İnsanlar bundan çox məmnundurlar, razılıq edirlər.

“Çünki yas mərasimlərində külli miqdarda xərclər çəkilirdi və bu, vəfat edən şəxsin ailəsinə ciddi maddi yük yaradırdı. Günlərlə davam edən yas məclisləri insanları demək olar ki, yorurdu. Toylarda da vəziyyət oxşardır. Səs-küy, insanların çoxluğu, dəbdəbəli tədbirlər, sözsüz ki, həm toy sahibləri, həm də qonaqlar üçün çətinlik yaradır. Bu, artıq normal hesab olunmayan bir haldır. Çünki toylarımız əndazədən çıxıb.”

Millət vəkilinin sözlərinə görə, bəzən bir qonağın qida xərci 300-400 manata başa gəlir. Halbuki heç bir insan bu qədər qidanı nə yeyə, nə də həzm edə bilər. Müxtəlif dekorasiyalar, musiqi və əyləncə xərcləri isə toy sahibini tamamilə çətin vəziyyətə salır.

Bu xərclərin ailə xoşbəxtliyinə heç bir faydası yoxdur. Əksinə, bu, izafi xərc, narahatlıq və borclanma deməkdir. Bir çox hallarda toy mərasimlərindən sonra borca düşən ailələrdə problemlər başlayır. Qohumlar arasında mübahisələr yaranır, hətta bu hallar boşanmalara qədər gedib çıxır.

“Bu, doğrudan da düşündürücü və acınacaqlı bir vəziyyətdir. Lakin təkcə qanun və qaydalarla bu problemi tam həll etmək mümkün deyil. İctimaiyyətin özü, insanlar özləri belə israfçı mərasimlərin azaldılmasına çalışmalıdırlar.”

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
979
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
971
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
964
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
967

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
969
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
959
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
954
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.