Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türk serialında Azərbaycan tarixi alçaldılır – SƏBƏB?

04/06/2026 19:04
CƏMİYYƏT
797 51
Türk serialında Azərbaycan tarixi alçaldılır – SƏBƏB?
702
Paylaşım sayı
975
Baxış sayı
Osmanlı mənbələrində Gövhərşah xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın anası kimi tarixdə mühüm rolu olan bir qadındır.
“Mehmed: Fetihler Sultanı” serialında Sara xatun ilə Sultanın görüşünə dair səhnəyə baxdım. Açığı deyim, türk seriallarında bacardıqca Azərbaycan türkləri və Azərbaycan dövlətçiliyi barədə düzgün olmayan ifadələr səslənir. Çoxsaylı yanlışlıqlar var və bunlar aşağıdakılardır:
1) Geyim:
Serialda Sara xatunun geyimi də tamam yanlış göstərilir.
Sara xatunun geyimi tünd qırmızı, firuzəyi və göy rənglərdə olurdu, Geyimlərin üzərindəki bəzəklər, bitki formalı naxışlar və xətt elementləri adətən qızılı və ya gümüşü saplarla işlənilirdi. Məhz serialda qara geyimdən fərqli olaraq Sara xatun həmin görüşdə, mənbələrdə yazılır ki, təmkinli, müdrikliyi ifadə edən ağ və krem rəngli baş örtüklərindən istifadə edib.
Sara xatun da başını böyük ipək çarqatla örtür, onun üzərindən isə bəzən qiymətli daşlarla bəzədilmiş baş bəzəyi və ya araqçın qoyurdu. Bu, onun həm dindar, həm də ciddi bir dövlət xadimi obrazını tamamlayırdı.
Köynəyin üzərindən bədənə oturan, qolları düz və ya dirsəyə qədər olan arxalıq taxılırdı. Sara xatun bəzən arxalığın üzərindən “nimtənə” adlanan, önü açıq və qısaqol gödəkçələr də geyinirdi. Protokol geyimi olan cübbələr yerə qədər uzanır, ön tərəfi qiymətli düymələrlə və ya zərif bağlarla bağlanırdı. Diplomatik qəbullarda bu cübbələrin çiyin və yaxa hissələrinə xüsusi naxışlar vurulurdu.
Yəni serialda olduğu kimi qara geyimdə deyil idi.
Serial onun bu geyim ilə fars-məhzəbçi kimi göstərməyə cəhd edir. Lakin bu belə deyildi. Dövrün zadəgan Türk xanımlarının çoxu Sara xatundan açıq rənglər geyinməyi öyrəniblər. Serialdakı geyim isə Osmanlı saxtakarlığıdır, Xatunu və bizim tariximizi aşağılamağa yönəlib.
2) II Mehmed ona “Validəm” deyib, lakin serialda “Ağqoyunlu dövlətinin qadın sultanı” sözünü deməsini verməyiblər. Çünki Şərq və Qərb ölkələrində bu cürə tanınan şəxsiyyətə diplomatik qanunlara görə müraciət edilirdi. Çünki Sara xatun təkcə hökmdar Anası deyil idi. Şairləri, ədibləri, elm xadimlərini himayə edən Sara xatun çox sayda məscid, imarət tikdirmiş, su kanalları çəkdirmiş, dağılmış zaviyyə və karvansarayları təmir etdirmişdi.
Hazırda Anadoluda Harput şəhərində yerləşən Buğday məscidi və Cəmşid hamamı Sara xatunun adını daşıyır. Harpudun ən böyük məscidi olan Buğday məscidi şəhərin tam ortasında meydanda yerləşir. Kəlkitdə yerləşən zaviyə də Sara xatunun adını daşıyır. Zaviyənin üzərində “Sara Xatun valideyi Uzun Həsən” kitabəsi qorunub saxlanılır.
3) Sara xatunla Sultan arasında dialoqda serialdan çıxarılan söz də var.
Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:
-Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt.
Ona cavab olaraq Sultan deyir:
-Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.
Sara xatun isə:
“Oğul, bu zəhmət sadəcə bir qala üçün deyil. Bu, İslam bayrağını ucaltmaq və gələcəkdə iki qardaş dövlətin bir-biri ilə savaşmasının qarşısını almaq üçündür.
4) Hədiyyələr
 
Sara xatun Sultan II Mehmedə Ağqoyunlu ölkəsinin ən nadir töhfələrini — cins ərəb atları, Təbriz ustalarının hazırladığı qiymətli silahlar, zərif ipək parçalar və xalçalar gətirmiş idi. Lakin serialda bu da göstərilmir.
5) Ağqoyun yoxsa Ağ-qoyon
Serialda Sara xatunun qarşılanması zamanı “Ağ qoyun kəsildimi”, “Ağ çadır quruldumu” və sairə fikirlər səslənir. Oğuz törəsinə görə ağ qoyun kəsilməsi qələbə qazanıldıqda, bəylik taxtına oturduqda, mühüm bir sülh əldə edildikdə və ya böyük bir qurultay toplananda baş verirdi. Ssenaridə Ağqoyunlu dövlətindən bəhs edilərkən, onların bayrağındakı və tayfa simvolundakı “Ağ qoyun” toteminə tez-tez eyham vurulur. “Ağ qoyun kəsildimi” və ya bənzər ifadələr, Osmanlı sarayında və ya hərbi şurada Ağqoyunlu təhlükəsinin neytrallaşdırılması, Uzun Həsənin hərbi gücünün qırılması mənasına gələn bir siyasi mesaj kimi işlədilir.
Birinci əslində bu cümlə Ağ-Qoyon olmalıdır.
Oğuzlar, uyğurlar və qara-çin (xitay, katai) türk boyları arasında “Qoyon” sözü – “böyük və hörmətli” mənasındadır. Bu dövləti türk mənbələrində Bayındırlu, farsca əsərlərdə isə Bayındıriyyə adlanır. Bayandur tayfasının damğasını dövlətlərinin rəsmi nişanı kimi qəbul etdilər. Belə ki, Bayandur damğası dövlətin sikkələrində, rəsmi sənədlərdə, silahlarda və bayraqlarda öz əksini tapıb.
Bayandur dövlətinə 39 türk boyu daxil idi ki, bura əfşarlar, qaramanlar və şairlərin adını çəkmək olar. XVII əsr tarixçisi Əbu-l-Qazi qeyd edir ki, Bayandır tayfası 24 qədim türkman tayfasından biri – Oğuz xanın birbaşa nəslindəndir.
Və Osmanlı sultanı məktubunda həqarət mənasında Həsən Padşaha “Hasan draz” kimi müraciət edir və bu da bir Türk rəhbərinə qarşı təhqir idi.
Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi.
Zaur Aliyev,
Tarixçi alim

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
980
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.