Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Yaş sərhədimiz” də açıldı, bəs quru? – AÇIQLAMA

11/09/2026 12:11
CƏMİYYƏT
798 34
“Yaş sərhədimiz” də açıldı, bəs quru? – AÇIQLAMA
688
Paylaşım sayı
956
Baxış sayı

Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq. Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat yayıb. Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı – Bakı limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

Qazaxıstan səfiri Alim Bayel: “Türk Dünyasında yeni dövr başlayır” - VİDEO  » Median.Az

Səfir bildirib ki, Azərbaycan Qazaxıstanın təklifini dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar.

Bakupost-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, marşrutun bərpa olunması özlüyündə müsbət addımdır. Onun sözlərinə görə, bu marşrutun turizm və digər sahələrdə köklü dəyişikliklərə səbəb olacağını gözləmək sadəlövhlük olardı.

Eldəniz Əmirov: "Enerji diplomatiyası Azərbaycanın geosiyasi gücünün  yüksəldilməsində mühüm əhəmiyyət daşıyır"

Bəs su sərhədimiz açıldısa, növbəti mərhələdə quru sərhədlərimiz də açıla bilərmi? Ən azı Gürcüstana açılması gözləntisi var. 2027-ci ildə də quru sərhədlərimiz bağlı qalacaq?

Politoloq Elxan Şahinoğlu isə Musavat.com-a deyib ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər üzərindən sərnişin daşımalarının bərpası regional əlaqələrin genişləndirilməsi baxımından müsbət addımdır və növbəti mərhələdə qonşu ölkələrlə quru əlaqələrin bərpası məsələsini də aktuallaşdıra bilər: “Azərbaycan daha əvvəl Gürcüstanla dəmir yolunu bərpa etməyə qərar verdi. Bu dəfə isə Azərbaycanla Qazaxıstan arasında Xəzərdə dəniz daşımaları barədə razılıq əldə olunub. Növbəti mərhələdə qonşu ölkələrlə quru sərhədin açılması aktuallaşacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan bu məsələdə təhlükəsizlik amilini nəzərə almalıdır: “Rusiya-Ukrayna müharibəsi, İranla-ABŞ arasındakı qarşıdurmanın Cənubi Qafqaz bölgəsinə də mənfi fəsadları mövcuddur. Ancaq quru sərhədi nə vaxtsa açmaq lazım gələcək. Birincisi, sərhədlərimiz boyunca soydaşlarımız yaşayır. Azərbaycan dünyada bəlkə də nadir ölkələrdəndir ki, sərhədlərimiz soydaşlarımızın yaşadığı ölkələrlə əhatə olunub. Soydaşlarımız isə Azərbaycanla quru yolla əlaqə saxlamaq istəyirlər. Sərhədlərimizin bağlı qalması soydaşlarımızın gediş-gəlişinə təsir edib. Təyyarə biletləri bahadır və soydaşlarımızın bu vasitədən istifadə etmələri çətindir”.

Həmsədr dövlətlərin “fəallığı” sadəcə görüntü xarakterlidir - Elxan  Şahinoğlu - "İki sahil"

İkincisi, analitikin fikrincə, quru sərhədlərinin bağlı qalması turizmin inkişafına da mənfi təsir edir: “Bu baxımdan da sərhədlərin açılması mövzusu aktualdır. Üçüncüsü, sərhədyanı bölgələrdə yaşayanlar qonşu ölkələrlə alış-veriş edir və bu yolla ailələrini dolandırırdılar. Sərhədlərin bağlı qalması onlara da mənfi təsir edib. Əlbəttə, dövlət təhlükəsizlik məsələləri hər zaman ön planda saxlamalıdır. Azərbaycanın müvafiq dövlət strukturları bunu təmin etmək iqtidarındadırlar və quru sərhədlərin açılması durumunda işlərinin öhdəsindən layiqincə gələcəklər”.

Oxşarxəbərlər

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
980
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
971
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
964
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
967

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
982
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
957
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.