Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis qüvvələrinə silahlı hücum olub.
Gündəm24.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Məhəmmədrza Nizamdust adlı polis zabiti ölüb, 3 polis əməkdaşı isə yaralanıb.
Silahlı hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.














