ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts rəsmi Vaşinqtonun İrandakı hərbi əməliyyatlardan sonrakı hədəfləri barədə mühüm açıqlamalar verib. Diplomat bildirib ki, Amerika Birləşmiş Ştatları İranda hərbi prosesləri tamamladıqdan sonra əsas diqqətini Asiya və dünyanın digər strateji nöqtələrinə yönəltməyi planlaşdırır. Uoltsun sözlərinə görə, illərdir Yaxın Şərqdə gərginliyin əsas mənbəyi olan İranın “zorakılıq ixracı” siyasəti Prezident Donald Tramp tərəfindən tamamilə həll edildikdən sonra, ABŞ qlobal təhlükəsizlik prioritetlərini yenidən nəzərdən keçirəcək.
Gündəm24.az NOCOMMENT.az-a istindən xəbər verir ki, Mayk Uolts Tramp administrasiyasının regional münaqişələri birdəfəlik sonlandırmaqda israrlı olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, “Yaxın Şərqi bataqlığa çevirən” problemlər aradan qaldırıldıqdan sonra ABŞ-ın hərbi və siyasi resursları dünyanın digər qisminə, xüsusən də artan rəqabətin müşahidə olunduğu Asiya regionuna yönəldiləcək. Eyni zamanda, Prezident Donald Tramp yaxın iki gün ərzində ABŞ və İran arasında növbəti danışıqlar raundunun keçiriləcəyini elan edərək, diplomatik həll variantının hələ də masa üzərində olduğunu bir daha xatırladıb.














