Ukrayna avqust ayında Rusiya ərazisinə rekord sayda nəticəli və dəqiq zərbələr endirib.
Gündəm24.az xəbər verir ki, “Oko Qora” OSINT analitikinin hesablamalarına görə, avqust ayında Rusiyanın müxtəlif bölgələrinə Ukrayna PUA-ları və raketləri tərəfindən 70 nəticəli zərbə qeydə alınıb.
Məlumata əsasən, hücumların əksəriyyəti neft emalı zavodlarının (NEZ) və hərbi anbarların payına düşüb – hər bir istiqamətə 23 zərbə dəyib. Bundan əlavə, limanlara 8, hərbi aerodromlara 7, hərbi-sənaye kompleksinə (HSK) aid müəssisələrə isə 5 zərbə endirilib.
Həmçinin elektrik yarımstansiyalarına və digər hərbi obyektlərə iki dəfə zərbə vurulub.
Müqayisə üçün qeyd edək ki, analitik iyul ayında 65, iyun ayında 42, may ayında isə 49 uğurlu zərbə qeydə almışdı.//nocomment.az













