Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

28 il sonra həmin sualı Prezidentə verdi – VİDEO

06/01/2026 10:47
Manşet, Siyasət
58 0
28 il sonra həmin sualı Prezidentə verdi – VİDEO
74
Baxış sayı

“Real TV”nin baş direktoru Mirşahin Ağayev ötən gün yerli televiziya kanallarına müsahibə verən dövlət başçısına maraqlı sual ünvanlayıb. Belə ki, jurnalist 28 il öncə Ulu Öndər Heydər Əliyevdən soruşduğu sualı bu dəfə Prezident İlham Əliyevə verib.

Gündəm24.az  xəbər verir ki, dövlət başçısı sözügedən sualı cavablayarkən kövrəlib.

Həmin dialoqu təqdim edirik:

Mirşahin Ağayev: Cənab Prezident, mənim Sizə verəcəyim sualın 28 yaşı var. Mən bu sualı 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevə vermişəm. O sual onda yarımçıq idi. Heydər Əliyev nə qədər ətraflı cavab versə də, hesab etdik ki, o, yarımçıqdır, bu gün də. İndi mənim Sizə verəcəyim sualla və Sizin verəcəyiniz cavabla o sual da, cavab da mükəmməl olacaq, bütöv olacaq. Mənə elə gəlir ki, burada Ulu Öndər Heydər Əliyev bizə qulaq asır.

Sual onda belə idi, “Bəlkə də ərazisinin 20 faizini itirmiş, əldən getmiş bir dövlətin vətəndaşının sualı bir az gülməli çıxır, amma istənilən halda torpağa münasibətiniz necədir? Sizdən ötrü torpaq nədir?”. Ulu Öndər onda suala cavabı belə başlamışdı: “Torpaq çox geniş anlayışdır”. Sonra izah etmişdi, torpaq onun həyatında hansı rol oynayır? Hətta işğal altında olan torpaqlarımızın nə qədər əziz olduğundan da danışmışdı. Amma razılaşaq ki, torpaqlar işğal altında idi və bu sual tam Azərbaycanı əhatə etmirdi. İndi mən bu sualı artıq ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevə verirəm və əminəm ki, cavabdan Ulu Öndərin ruhu da şad olacaq.

Prezident İlham Əliyev: Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə, itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər birimiz itirilmiş torpaqlar haqqında düşünürdük və əminəm ki, cəmiyyətimizin əksəriyyəti inanırdı ki, biz bu torpaqlara qayıdacağıq. Düzdür, illər keçdikcə bu inam da tükənirdi və mən bunu hiss edirdim. 2020-ci ilə qədər keçmiş köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında mən hər zaman deyirdim ki, biz o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri görürdüm ki, gözlərindən hiss olunurdu, buna inanmırlar və onları da qınamaq olmaz. Çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə bilər? Bu, başadüşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna nail olacağıq. Birinci mərhələdə inanırdım ki, – bəlkə də bir az sadəlövh idim, – bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır. Yəni bu, onların dünyagörüşü idi. Bunlar bilmirəm haradan gələn, hansı qaynaqlardan gələn bir fikir idi və xüsusilə bu, Qərb həmkarlarıma aid olan məsələdir. Onlar hesab edirdilər ki, belə də olmalıdır. Qeyd etdiyim kimi, bəziləri deyirdilər ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı. Sadəcə olaraq, hazırlıq işləri lazımi səviyyədə görülməli idi.

Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.

Oxşarxəbərlər

Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI
CƏMİYYƏT

Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI

19/06/2026 19:39
65
Azərbaycanda polkovnik vəfat etdi
Hadisə

Azərbaycanda polkovnik vəfat etdi

19/06/2026 16:29
64
Prezidentdən məktəbəqədər təhsillə bağlı – Fərman
Manşet

Prezidentdən məktəbəqədər təhsillə bağlı – Fərman

19/06/2026 15:05
55
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”
Dünya

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55
“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı
Dünya

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59
Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”
Dünya

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

174 illik kilsə yanaraq külə döndü – VİDEO

174 illik kilsə yanaraq külə döndü – VİDEO

20/06/2026 12:58
52
Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
67
Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

20/06/2026 12:49
54
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20/06/2026 12:35
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.