Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyevə təbriklər davam edir

11/02/2026 17:46
Manşet, Siyasət
45 3
İlham Əliyevə təbriklər davam edir
61
Baxış sayı

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az  xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Sizin və Ermənistanın Baş nazirinin mühüm əhəmiyyətə malik nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizdən məmnun oldum.

Mən uzun müddət həm Cenevrədə, həm də ölkənizə səfərlərim zamanı Sizin Azərbaycan xalqının xoşbəxt, firavan, təhlükəsiz gələcəyini konkret və beynəlxalq səviyyədə tanınmış dəyərlərlə təmin etmək istiqamətində göstərdiyiniz səyləri izləmişəm.

Bir neçə il əvvəl təşəbbüs göstərərək təsis etdiyim və həmin vaxtdan etibarən rəhbəri olduğum İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının iqtisadi inkişafına, Ermənistanla sülhün əldə olunmasına töhfə vermək, İsveçrə şirkətlərini azad edilmiş ərazilərin bərpası ilə bağlı genişmiqyaslı fəaliyyətlərə cəlb etmək, həmçinin müxtəlif xalqları və millətləri bir-birinə yaxınlaşdıran layihələri təşviq etməklə Cənubi Qafqaz regionunun rifahı naminə yorulmadan səy göstərir.

Ölkənizdə geniş təcrübəyə malik olan və onu İsveçrədə daha yaxından tanıtmağa çalışan palatamızın bölgədə formalaşan yeni sülh mühitinə uyğun, dayanıqlı və konkret iqtisadi təşəbbüslərin dəstəklənməsi istiqamətində əvvəlkindən daha qətiyyətlə fəaliyyət göstərdiyinə əmin ola bilərsiniz.

Cənab Prezident, sülhə nail olan Zati-alinizə səmimi təbriklərimi çatdırır, Azərbaycanı və bütün Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf edən bölgəsinə çevirmək yolunda möhtəşəm fəaliyyətinizdə Sizə uğurlar arzulayıram”.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gündəm24.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Dəyərli qardaşım.

Əziz qardaşım, Sizi Əbu-Dabi şəhərində beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin bu yüksək və nüfuzlu mükafata layiq görülməyinizi, ilk növbədə, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində yorulmaz səylərinizin, uzaqgörən və müdrik xarici siyasətinizə dərin hörmətin əyani təsdiqi kimi dəyərləndiririk.

Həqiqətən də 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Sizin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birgə Bəyannaməni imzalamağınız sülhə nail olunması yolunda tarixi əhəmiyyət kəsb edən böyük hadisə oldu.

Uzun illər davam etmiş münaqişənin siyasi-diplomatik vasitələrlə həllinə yönəlmiş qətiyyətli qərarınız, həmçinin Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu münasibətlərin bərpası, regional təhlükəsizliyin möhkəm mexanizmlərinin formalaşdırılması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətindəki əməli səyləriniz yüksək təqdirə layiqdir.

Hörmətli İlham Heydər oğlu, Siz xalqın və dövlətin mənafeyi naminə sülhə yönəlmiş dialoqları necə aparmaq, ən çətin məsələləri belə dərindən düşünülmüş və cəsarətli qərarlar vasitəsilə necə səmərəli həll etmək nümunəsini bütün dünyaya aydın şəkildə nümayiş etdirdiniz.

Bu ali beynəlxalq mükafat münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və rifah, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıram”.

Oxşarxəbərlər

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu
Manşet

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
53
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Manşet

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22/06/2026 11:10
54
Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu
Manşet

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu

22/06/2026 11:02
52
Prezidentin rəsmən açıqladığı ŞAD XƏBƏR
Manşet

Prezidentin rəsmən açıqladığı ŞAD XƏBƏR

21/06/2026 10:48
54
Azərbaycan və Belarus nümayəndələri görüşdü
Siyasət

Azərbaycan və Belarus nümayəndələri görüşdü

20/06/2026 15:02
55
Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI
CƏMİYYƏT

Yumurta niyə 1 qəpiyə satılır? – SƏBƏB AÇIQLANDI

19/06/2026 19:39
65

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
53
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22/06/2026 11:10
54
Avtobuslarda gediş haqqı 1 manat olacaq? – VACİB AÇIQLAMA

Avtobuslarda gediş haqqı 1 manat olacaq? – VACİB AÇIQLAMA

22/06/2026 11:06
54
Bu həftə 4 gün işləyəcəyik

Bu həftə 4 gün işləyəcəyik

22/06/2026 11:03
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
53

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In