Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.













