Qara dənizin Rumıniya sahillərində tankerə dron hücumu nəticəsində 12 heyət üzvündən yeddisi itkin düşüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, San Marino bayrağı altında üzən “Wine” Trader gəmisi 15 oktyabrda səhər saat 7 radələrində təcili yardım siqnalı göndərib. Gəmidə 12 nəfər olub. Onlardan beşi xilas edilib, qalanları isə itkin düşüb.
Həmin gecə Qara dənizdə Komor adaları bayrağı altında üzən kimyəvi tanker olan “Yara J” gəmisində də yanğın baş verib. Xəsarət alan olmayıb və heyət yanğını özü söndürə bilib.
“Röyters”in məlumatına görə, hücumlar zamanı hər iki gəmi Rumıniya sahillərində lövbər salıb, lakin yerli hakimiyyət orqanları hələlik gəmidəki yanğınları Rusiyanın dron hücumları ilə əlaqələndirməyib.
Nəşr qeyd edir ki, son on gündə Rumıniya və Bolqarıstan sahillərində ən azı beş yük gəmisinə dron hücumu edilib. Bütün bu hücumlar NATO-nun ərazi sularından kənarda baş verib və ümumilikdə 23 dənizçinin ölümü ilə nəticələnib.













