Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə şəhərin Sahil küçəsində baş verib.
Gündəm24.az xəbər verir ki, hərəkətdə olan “Chevrolet” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, avtomobillərin ön hissəsi əzilib.














