Bazar, Noyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yanvarın 1-dən ev təsərrüfatlarındakı yumurtalar da sayılacaq? – Komitə sədrindən AÇIQLAMA

11/11/2026 13:17
CƏMİYYƏT, Manşet
809 34
Yanvarın 1-dən ev təsərrüfatlarındakı yumurtalar da sayılacaq? – Komitə sədrindən AÇIQLAMA
698
Paylaşım sayı
969
Baxış sayı

“Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.

Gündəm24.az  xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.

“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur.

“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əks-təbliğata meydan açılmasın.

Bundan başqa, ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır. Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ayda artım 939,3 milyon manat, yaxud 28,4 faizdir. Bir tərəfdən gələn il daha çox vergi toplamağı planlaşdırırıq, digər tərəfdən mövcud öhdəliklər üzrə borclar sürətlə artır. Hökumətin problemi necə həll edəcəyi büdcə müzakirələrində bəyan oluna bilər.

Borclar yalnız özəl sektorda artmır. Dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. Neft-qaz sektoru üzrə 505,1 milyon manatlıq borc yaranıb, qeyri-neft sektorunda isə dövlət mülkiyyətində olan ödəyicilərin borcu 225,5 milyon manatdır. Təkcə “Azərsu” ASC üzrə 23,3 milyon, büdcə təşkilatları üzrə 19,9 milyon manat borc göstərilir. Xüsusi mülkiyyətə mənsub ödəyicilər üzrə isə 3 milyard 234,9 milyon manat borc qeyd olunur. Hökumət özəl sahibkardan vergisini vaxtında tələb edirsə, dövlətə məxsus müəssisənin borcunun yaranması və böyüməsinə də eyni prinsiplərlə yanaşılması vacibdir”, – komitə sədri qeyd edib.

Oxşarxəbərlər

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI
Manşet

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
959
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu
Manşet

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
955
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ
Dünya

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
958
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”
Dünya

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
961
Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO
Manşet

Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO

21/11/2026 17:37
956
“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?
CƏMİYYƏT

“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?

21/11/2026 17:13
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
959
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
955
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
958
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
957

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
958

Qarakənd faciəsi- müstəqilliyin ağır sınaqları

19/11/2026 22:59
973

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

19/11/2026 08:58
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In