Bazar ertəsi, May 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıya yağan aramsız yağışın səbəbi bu imiş – Açıqlandı

18/05/2026 14:36
CƏMİYYƏT
39 3
Bakıya yağan aramsız yağışın səbəbi bu imiş – Açıqlandı
53
Baxış sayı

Ötən gün Bakıda müşahidə olunan güclü yağış paytaxtda yenidən bəzi çətinliklərə səbəb olub. Nəticədə bir sıra küçə və prospektlər su altında qalıb, bəzi ərazilərdə isə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, mart və aprel aylarında da Bakıda intensiv yağıntılar müşahidə olunmuş, bir çox ərazilərdə oxşar vəziyyət yaranmışdı. May ayında ölkə üzrə havanın qeyri-sabit keçməsi, bəzi bölgələrdə hətta qış havasının hiss olunması ictimai maraq doğurub. İqlimdə baş verən dəyişikliklərin səbəbləri və qarşıdakı dövrdə hava şəraiti ilə bağlı proqnozlar isə gündəmin əsas mövzularındandır.

Bəs may ayında qış ab-havasının hiss edilməsinin səbəbi nədir?

Məsələ ilə bağlı News24.az-a danışan Elm və Təhsil Nazirliyi nəzdində Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar və hava dəyişiklikləri təbiətdə baş verən uzunmüddətli iqlim dövrləri ilə əlaqədardır.

Onun sözlərinə görə, tarix boyu quraqlıq və yağıntılı dövrlər növbələşərək təxminən 30–45 illik mərhələlərlə davam edib:

“Vaxtilə uzunmüddətli quraqlıq illəri olub, daha sonra isə yağıntılı dövrlər başlayıb. Elə illər yaşanıb ki, qar o qədər çox yağıb ki, insanlar hərəkət etməkdə çətinlik çəkiblər. Təbiətdə dövrlülük qanunu var və bu proseslər müəyyən mərhələlərlə təkrarlanır”.

Ənvər Əliyev qeyd edib ki, hazırda Azərbaycanda quraqlıq dövrünün başa çatdığı və yağıntılı mərhələnin başladığı müşahidə olunur:

“Ölkəyə əsasən qərb istiqamətindən, Atlantik okeanı və Aralıq dənizi hövzəsi üzərindən gələn rütubətli hava kütlələri güclü yağıntılar gətirir. Azərbaycana daxil olan hava kütlələrinin əsas hissəsi qərb və şimal istiqamətlərindən gəlir. Bu hava axınları xüsusilə yazın sonu və yayın əvvəlində intensiv yağıntılara səbəb olur. Hazırda müşahidə olunan proseslər də tarixi və təbii iqlim dəyişikliklərinin bir hissəsidir”.

Mütəxəssis bildirib ki, Bakı yarımsəhra və quraq iqlim qurşağına aid olsa da, bəzi dövrlərdə normadan artıq yağıntılar müşahidə oluna bilər:

“Bakı üçün illik yağıntı norması təxminən 300–320 mm-dir. Lakin müəyyən illərdə bu göstərici daha yüksək olur. Gürcüstan ərazisindən və Qafqazın qərb hissəsindən daxil olan rütubətli hava axınları ölkədə güclü yağışlara səbəb olur. Qarşıdakı illərdə də yağıntılı dövrün davam etməsi mümkündür”.

Onun sözlərinə görə, bu proses Xəzər dənizinin səviyyəsinə də təsir göstərə bilər:

“Yağıntılı dövr davam edərsə, Xəzər dənizinin səviyyəsində tədricən artım müşahidə oluna bilər. Hazırda şimal hissələrdə çəkilmə qeydə alınsa da, cənub hissəsində suyun artımı artıq hiss olunur”.

Oxşarxəbərlər

TƏCİLİ! Bu ölkə Azərbaycanla quru sərhədi açır
CƏMİYYƏT

TƏCİLİ! Bu ölkə Azərbaycanla quru sərhədi açır

18/05/2026 19:16
50
Sabah ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Sabah ilə bağlı XƏBƏRDARLIQ

18/05/2026 18:11
50
DYP-də bölmə rəisi təyin edildi
CƏMİYYƏT

DYP-də bölmə rəisi təyin edildi

18/05/2026 18:09
50
Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşır
CƏMİYYƏT

Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşır

18/05/2026 18:00
50
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
CƏMİYYƏT

Hantavirusa qarşı təcili peyvənd hazırlanır

18/05/2026 17:53
50
Bu tarixdə qısa iş günü olacaq
CƏMİYYƏT

Bu tarixdə qısa iş günü olacaq

18/05/2026 17:34
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə restorana silahlı hücum: ölənlər var

Türkiyədə restorana silahlı hücum: ölənlər var

18/05/2026 19:24
50
Prezidentin WUF13-dəki çıxışı – VİDEO, FOTOLAR

Prezidentin WUF13-dəki çıxışı – VİDEO, FOTOLAR

18/05/2026 19:21
50
Sabah ilə bağlı XƏBƏRDARLIQ

Sabah ilə bağlı XƏBƏRDARLIQ

18/05/2026 18:11
50
Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşır

Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşır

18/05/2026 18:00
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan həqiqətləri Stokholm gündəmində

Qərbi Azərbaycan həqiqətləri Stokholm gündəmində

13/05/2026 19:12
78

Rusiya geri çəkilmir: Moskva Hindistana enerji təminatına zəmanət verdi

Rusiya geri çəkilmir: Moskva Hindistana enerji təminatına zəmanət verdi

13/05/2026 11:31
62

Deportasiya planı genişlənir: ABŞ-dan göndərilən miqrantlar Dominikan Respublikasına aparılacaq

Deportasiya planı genişlənir: ABŞ-dan göndərilən miqrantlar Dominikan Respublikasına aparılacaq

13/05/2026 10:55
58

Şou-biznesdə qalmaqal məhkəməyə daşındı: Burcu Güneşdən İrem Dericiyə şok iddia

Şou-biznesdə qalmaqal məhkəməyə daşındı: Burcu Güneşdən İrem Dericiyə şok iddia

13/05/2026 10:51
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.