Şənbə, Aprel 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

DİQQƏT: Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulacaq

25/04/2026 14:42
CƏMİYYƏT
37 3
DİQQƏT: Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulacaq
50
Baxış sayı

Son illər Azərbaycanda kredit və digər borc öhdəliklərinin vaxtında yerinə yetirilməməsi vətəndaşlar üçün təkcə maliyyə çətinlikləri ilə deyil, həm də hüquqi məhdudiyyətlərlə müşayiət olunur. Xüsusilə, ölkədən çıxışa qoyulan qadağalar bu sahədə ən çox müzakirə edilən məsələlərdən biridir. Bir tərəfdən qanunvericilik bu mexanizmi borcluların məsuliyyətə cəlb olunması üçün nəzərdə tutsa da, digər yandan onun tətbiqində şəffaflıq və operativliklə bağlı suallar yaranır.

Bəs kredit borcuna görə ölkədən çıxış məhdudiyyəti hansı hallarda tətbiq olunur və borc ödənildikdən sonra bu qadağanın vaxtında aradan qaldırılmasına kim cavabdehdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, söhbət təkcə bank kreditlərindən deyil, aliment kimi digər borc öhdəliklərindən də gedə bilər.

Əkrəm Həsənov

“Əgər vətəndaş borcu üzrsüz səbəbdən ödəmirsə, bu halda icra məmuru məhkəməyə müraciət edərək həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir.
Məhdudiyyət yalnız məhkəmə qərarı əsasında tətbiq olunur və vətəndaş bu prosesə cəlb edilir. Şəxs məhkəməyə dəvət olunur və qərardan narazı qalarsa, apellyasiya şikayəti verə bilər”.

Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilikdə əsas şərt borcun “üzrsüz səbəbdən” ödənilməməsidir:

“Üzrsüz səbəb o deməkdir ki, vətəndaşın borcu vermək imkanı var, lakin buna baxmayaraq onu ödəmir. Bu halı isə icra məmuru sübut etməlidir.
Təcrübədə belə hallar olur ki, vətəndaş borcunu ödəyə bilmədiyi halda belə, icra məmuru məhkəməyə müraciət edir və çıxış məhdudiyyəti tətbiq olunur. Hətta bəzi hallarda borc maaşdan və ya pensiyadan tutulduğu halda belə bu qadağa qoyulur ki, bu da absurddur.
Borc tam ödənildikdən sonra çıxış məhdudiyyətinin aradan qaldırılması üçün əlavə məhkəmə qərarına ehtiyac yoxdur. Bu səlahiyyət birbaşa icra məmuruna aiddir. Vətəndaş borcunu ödədikdən sonra icra məmuru özü, məhkəməyə müraciət etmədən qadağanı götürə bilər.”

Ekspertin sözlərinə görə, praktikada məhdudiyyətlərin vaxtında aradan qaldırılmaması halları da müşahidə olunur.

“Bu zaman məsuliyyət birbaşa icra məmurunun üzərinə düşür. Çünki qanunvericiliyə əsasən, borc öhdəliyi tam yerinə yetirildikdə tətbiq edilmiş məhdudiyyət dərhal ləğv olunmalıdır”.

Mövzu hüquqi baxımdan aydın çərçivəyə malik olsa da, ekspertin fikrincə, tətbiqetmə mərhələsində ciddi problemlər qalmaqdadır. Bu isə vətəndaşların hüquqlarının pozulması riskini artırır və məsələni daha da aktuallaşdırır.

Oxşarxəbərlər

Məhərrəm ayı bu tarixdə başlayacaq
CƏMİYYƏT

Məhərrəm ayı bu tarixdə başlayacaq

25/04/2026 14:46
50
Siqaret çəkənlərə qiymətlərlə bağlı bəd xəbər
CƏMİYYƏT

Siqaret çəkənlərə qiymətlərlə bağlı bəd xəbər

25/04/2026 14:36
50
İstirahət günü 24° isti olacaq
CƏMİYYƏT

İstirahət günü 24° isti olacaq

25/04/2026 13:24
50
Özəl baxçalarda uşaqlar nə yeyir?
CƏMİYYƏT

Özəl baxçalarda uşaqlar nə yeyir?

25/04/2026 12:36
54
Azərbaycanda bu balların satışı QADAĞAN EDİLİR
CƏMİYYƏT

Azərbaycanda bu balların satışı QADAĞAN EDİLİR

25/04/2026 12:00
55
Azərbaycanda ət tapılmayacaq? – Qiymətlət niyə bahalaşır
CƏMİYYƏT

Azərbaycanda ət tapılmayacaq? – Qiymətlət niyə bahalaşır

25/04/2026 11:12
70

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məhərrəm ayı bu tarixdə başlayacaq

Məhərrəm ayı bu tarixdə başlayacaq

25/04/2026 14:46
50
DİQQƏT: Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulacaq

DİQQƏT: Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulacaq

25/04/2026 14:42
50
Siqaret çəkənlərə qiymətlərlə bağlı bəd xəbər

Siqaret çəkənlərə qiymətlərlə bağlı bəd xəbər

25/04/2026 14:36
50
Bakıda 2 nəfərin meyiti tapıldı

Bakıda 2 nəfərin meyiti tapıldı

25/04/2026 13:26
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
66

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
76

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.