Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanası…

31/07/2026 16:41
Manşet, Siyasət
808 34
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanası…
697
Paylaşım sayı
968
Baxış sayı

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub.

Gündəm24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat verdi.

Bildirildi ki, “Baku Resort & Spa” “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında” 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.

Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.

Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək.

Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.

Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb.

Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.

Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.

Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır.

Möhtəşəm Tyan-Şan dağları ilə əhatə olunan bu bölgə gözəl təbiəti, minerallarla zəngin suları, həmçinin ilboyu istirahət, sağlamlıq və mədəni turizm üçün əlverişli imkanları ilə tanınır.

“Baku Resort & Spa”nın fəaliyyətə başlaması İssık-Kul regionunda turizm sektoruna mühüm töhfə verməklə yanaşı, bölgənin turizm məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub.

Gündəm24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Aygül Japarova, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və birinci xanım Ziroatxon Mirziyayeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Oxşarxəbərlər

Yaşayış binasında yanğın: qadın tüstüdən zəhərləndi
Hadisə

Yaşayış binasında yanğın: qadın tüstüdən zəhərləndi

21/10/2026 15:07
952
Azərbaycanda istilik bu tarixdən veriləcək – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda istilik bu tarixdən veriləcək – RƏSMİ

21/10/2026 14:43
956
Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi – FOTO
Hadisə

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi – FOTO

21/10/2026 14:09
955
Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI
Manşet

Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI

21/10/2026 13:51
956
Yeni doğulan nəvəsi ilə fotosessiya etdirdi
Manşet

Yeni doğulan nəvəsi ilə fotosessiya etdirdi

21/10/2026 12:20
954
İşdən ixtisar olunanlar üçün sığorta ödənişi verilə bilər
CƏMİYYƏT

İşdən ixtisar olunanlar üçün sığorta ödənişi verilə bilər

21/10/2026 12:08
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yaşayış binasında yanğın: qadın tüstüdən zəhərləndi

Yaşayış binasında yanğın: qadın tüstüdən zəhərləndi

21/10/2026 15:07
952
Azərbaycanda istilik bu tarixdən veriləcək – RƏSMİ

Azərbaycanda istilik bu tarixdən veriləcək – RƏSMİ

21/10/2026 14:43
956
Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi – FOTO

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi – FOTO

21/10/2026 14:09
955
Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI

Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI

21/10/2026 13:51
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
957

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
967

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
993

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In