Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti…”

29/04/2026 09:47
CƏMİYYƏT
42 2
Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti…”
56
Baxış sayı

Məlum olduğu kimi, yaz mövsümündə yağan aramsız yağış paytaxtda və bölgələrdə ciddi fəsadlara səbəb olub. Bir çox ərazidə suötürücü qurğuların olmaması, yaxud köhnə olması evlərə, təsərrüfatlara zərər vurub. Son iki ayda qeydə alınan nəticələr ciddi tədbirlərin görülməsini zəruri edib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədar istinad divarları tikiləcək. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.

Bakı Dövlət Universitetinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev Musavat.com-a şərhində bildirib ki, təhlükəli təbiət hadisələrinin proqnozlaşdırılması dövrü olaraq, çoxillik məlumatlar əsasında layihələndirilməlidir.

O, diqqətə çatdırıb ki, hadisələrin nəticələrinə görə tədbirlər görülməlidir:

“Prezidentin sərəncamında Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışların, sel və daşqınların mənfi təsirlərinin qarşısının alınması üçün tədbirlər görülməsi nəzərdə tutulur. Bu, yaxşı haldır. Tədbirlər elə görülməlidir ki, gələcəkdə baş verə biləcək təhlükəli halların qarşısı alınsın. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycanda relyef strukturu elə paylanıb ki, həm Böyük Qafqazın Xəzər dənizi sahili ərazisini, həm də cənub yamacları güclü sel daşqınlarına məruz qalan ərazilərdir.

Xaçmaz rayonunun ərazisində ona görə ağır fəsadlar qeydə alındı ki, rayon Xəzər dənizinin sahilindədir, üstəlik çəmən-meşə torpaqları üstünlük təşkil edir. Yəni, burada əsas tədbirlərdən biri kollektor-drenaj şəbəkəsinin tikintisidir. Bu şəbəkə elə tikilməlidir ki, həm yağış sularını kənarlaşdıra, həm də yeraltı suların səviyyəsini tənzimləyə bilsin. Şabran, Siyəzən, Bakı şəhəri, Abşeron rayonu ona görə güclü sel sularının altında qalır ki, bu ərazilərdə texniki qurğuların istehsal gücü zəifdir, həm də istismar müddəti başa çatıb. Bakı şəhəri və Abşeron yarımadasında 3-4 yerdə elə suötürücü stansiyalar qurulmalıdır ki, həm şəhərə düşən artıq yağıntının qorunub saxlanması üçün anbar rolunu oynasın, eyni zamanda kənarlaşdıra bilsin”.

Q.Xanbabayev həmçinin, diqqətə çatdırıb ki, Bakıda yağış sularının idarə olunması üçün əlavə kollektor şəbəkələrinin qurulmasına ehtiyac var:

“Hidrotexniki qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Paytaxtda mövcud olan su təchizatı ilə bağlı sistemlərin bir qismi müstəqillikdən əvvəlki dövrdə qurulduğu üçün istismar müddətini başa vurub. Paytaxtda əhalinin, o cümlədən tikililərin, sənaye müəssisələrinin sayı günü-gündən artır, infrastruktur genişlənir. Ən azı 2-3 yerdə hidrotexniki qurğuların tikintisinə ehtiyac var. Bu qurğular həm kanalizasiya sisteminin su ötürücülük qabiliyyətini artırmalı, həm də yağıntılardan sonra yaranan atmosfer çöküntülərinin qarşısını almalıdır, başqa sözlə, dənizə birbaşa axıdılması təmin olunmalıdır ki, şəhərimiz mənfi təsirlərdən qorunsun. Eyni zamanda, Xəzər sahilində emal utilizasiya mərkəzləri olmalıdır. Bakı şəhərinin bir hissəsində hidrotexniki şəbəkə, ümumiyyətlə, yoxdur. Müasir şəhərlərin əksəriyyətində müşahidə olunan urbanizasiya problemləri Bakıdan da yan keçmir. Gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq üçün şəhər planlamasında kompleks yanaşma tətbiq olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb. Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub. “Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib”, – sənəddə deyilir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ¬cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılıb./nocomment.az

Oxşarxəbərlər

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR
CƏMİYYƏT

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

29/04/2026 13:33
52
Azərbaycan toylarında DƏYİŞİKLİK
CƏMİYYƏT

Azərbaycan toylarında DƏYİŞİKLİK

29/04/2026 12:33
53
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK – RƏSMİ

29/04/2026 11:31
66
Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA

29/04/2026 11:30
67
Pensiyalarla bağlı məlumat verildi: TƏYİNAT ARTIRILIB…
CƏMİYYƏT

Pensiyalarla bağlı məlumat verildi: TƏYİNAT ARTIRILIB…

29/04/2026 11:11
64
Bu tarixdə imtahan KEÇİRİLƏCƏK
CƏMİYYƏT

Bu tarixdə imtahan KEÇİRİLƏCƏK

29/04/2026 11:02
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

29/04/2026 13:33
52
Azərbaycan toylarında DƏYİŞİKLİK

Azərbaycan toylarında DƏYİŞİKLİK

29/04/2026 12:33
53
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi

Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi

29/04/2026 12:21
53
Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

29/04/2026 12:18
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.