Çərşənbə axşamı, Aprel 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə

28/04/2026 09:16
CƏMİYYƏT
45 0
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
57
Baxış sayı

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi fonunda konstitusiya islahatları ilə bağlı müzakirələr genişlənib. Bu çərçivədə Nazirlər Kabinetinin (NK) və baş nazir institutunun ləğv edilməsinin zəruriliyi barədə iddialar səsləndirilir.

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Azərbaycan kimi prezidentli respublikalarda baş nazir institutuna ehtiyac yoxdur:

“İcra hakimiyyətinə prezident rəhbərlik etdiyi üçün bu vəzifənin funksional zəruriliyi azalır. Prezident və baş nazirin paralel mövcudluğu daha çox parlament respublikalarına xasdır. Belə sistemlərdə prezident əsasən simvolik funksiyalar yerinə yetirir. İdarəetmə sistemində yığcamlığın artırılması vacibdir. Daha azsaylı və çevik idarəetmə strukturları korrupsiya risklərini azalda, bürokratik maneələri minimuma endirə və iqtisadi fəaliyyət üçün daha əlverişli mühit yarada bilər. Xüsusilə iş adamlarının qarşılaşdığı inzibati çətinliklərin aradan qaldırılması bu baxımdan əhəmiyyətlidir”.

Siyasi şərhçi qeyd edib ki, bu çərçivədə bəzi dövlət strukturlarının və vəzifələrin optimallaşdırılması, onların funksional yükünün yenidən qiymətləndirilməsi zəruridir:

“İdarəetmə sisteminin sadələşdirilməsi və daha effektiv modelin formalaşdırılması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edir. Nəticə etibarilə, mövcud idarəetmə modelinin təkmilləşdirilməsi, daha yığcam və şəffaf sistemin qurulması ölkədə effektiv idarəetmənin təmin olunmasına töhfə verə bilər”.

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, son konstitusiya dəyişikliklərindən, xüsusilə birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılmasından sonra baş nazirlik institutu ləğv edilməli idi:

“Çünki vitse-prezidentlərin səlahiyyətləri, o cümlədən icra strukturları və nazirlərlə işin koordinasiyası Nazirlər Kabinetinin funksiyaları ilə üst-üstə düşür və nəticədə paralel idarəetmə elementi yaranır.

Azərbaycanda güclü prezident institutu mövcuddur və belə idarəetmə modellərində baş nazir vəzifəsi adətən məhdud, yaxud daha çox formal xarakter daşıyır. Bu baxımdan baş nazirlik institutunun ləğvi və onun səlahiyyətlərinin vitse-prezidentlik institutuna verilməsi məqsədəuyğundur”.

Partiya sədri əlavə edib ki, belə dəyişikliklərin gerçəkləşdirilməsi üçün referendum keçirilməsi mümkündür:

“Çünki bu məsələ Konstitusiyada təsbit olunub. Eyni zamanda, idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədilə digər sahələrdə də islahatlara ehtiyac var. Məsələn, parlamentin formalaşması ilə bağlı deputatların sayının artırılması, həm majoritar, həm də proporsional seçki sisteminin tətbiqi kimi məsələlər müzakirə mövzusu ola bilər. Ümumilikdə, idarəetmə sisteminin müasir çağırışlara uyğunlaşdırılması və davamlı islahatların aparılması vacibdir. Bu, ölkənin qlobal inkişaf tendensiyalarından geri qalmamasına, siyasi islahatların iqtisadi və digər sahələrdə inkişafı dəstəkləməsinə şərait yarada bilər”.

Oxşarxəbərlər

Əhaliyə ŞAD XƏBƏR: Bank faizləri aşağı salınacaq?
CƏMİYYƏT

Əhaliyə ŞAD XƏBƏR: Bank faizləri aşağı salınacaq?

28/04/2026 12:01
50
Bakı metrosunda dəqiqələr nəyi göstərir?
CƏMİYYƏT

Bakı metrosunda dəqiqələr nəyi göstərir?

28/04/2026 12:00
50
Vətəndaş müraciətləri dəyişir – Yeni qaydalar gəlir
CƏMİYYƏT

Vətəndaş müraciətləri dəyişir – Yeni qaydalar gəlir

28/04/2026 11:51
50
Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ

28/04/2026 11:33
50
Qədir Xəlilova yüksək VƏZİFƏ VERİLDİ
CƏMİYYƏT

Qədir Xəlilova yüksək VƏZİFƏ VERİLDİ

28/04/2026 11:26
50
Nikaha hazırlaşanlara VACİB XƏBƏR
CƏMİYYƏT

Nikaha hazırlaşanlara VACİB XƏBƏR

28/04/2026 10:53
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakı metrosunda dəqiqələr nəyi göstərir?

Bakı metrosunda dəqiqələr nəyi göstərir?

28/04/2026 12:00
50
Bağça müəllimi bıçağı qızdırıb, 3 yaşlı uşağın əlinə basıb? – VİDEO

Bağça müəllimi bıçağı qızdırıb, 3 yaşlı uşağın əlinə basıb? – VİDEO

28/04/2026 11:51
52
Vəzifəli şəxs vəfat etdi – FOTO

Vəzifəli şəxs vəfat etdi – FOTO

28/04/2026 11:45
50
Vəzifəli şəxs vəfat etdi – FOTO

Vəzifəli şəxs vəfat etdi – FOTO

28/04/2026 11:45
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.