Çərşənbə, Avqust 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda uşaqlar üçün peyvənd təqvimi

19/08/2026 12:20
CƏMİYYƏT, Manşet
48 0
Azərbaycanda uşaqlar üçün peyvənd təqvimi
61
Baxış sayı

Azərbaycanda doğumdan 12 saat ərzində uşağa Hepatit B əleyhinə (Hep B) peyvənd vurulur. 4–7-ci günlərdə BCG (vərəm əleyhinə) və OPV (poliomielitə qarşı) peyvəndləri edilir. 2 aylıqda Hib, OPV və pnevmokok (PK), 3 aylıqda Hib və OPV, 4 aylıqda isə Hib, OPV və pnevmokok (PK) peyvəndləri vurulur. 6 aylıqda pnevmokok (PK) peyvəndi tətbiq edilir. 12 aylıqda QPM (qızılça, parotit və məxmərək) peyvəndi və A vitamini, 18 aylıqda GDT (difteriya, göyöskürək və tetanus), OPV və A vitamini, 6 yaşında isə QPM, DT (difteriya və tetanus) və A vitamini verilir.

Ancaq peyvənd mövzusu daim valideynlər və həkimlər arasında müzakirəli mövzulardan biridir. Belə ki, bəzi valideynlər peyvəndləri uşaqların sağlamlığının qorunması üçün vacib hesab edir, digərləri isə peyvəndlərin mənfi təsirlərinin olduğunu deyirlər. Buna görə də peyvənd vurdurmaqdan imtina edənlər də az deyil.

Maraqlıdır ki, peyvəndlərin uşağın immun sisteminə mənfi təsir göstərdiyi fikri nə dərəcədə doğrudur?

Körpəyə peyvəndlərin vaxtında vurulmaması hansı xəstəliklərə yoluxma riskini artırır?

Bizim.Media-ya mövzu ilə bağlı danışan həkim-pediatr Aytən Ziyadova vurğulayıb ki, peyvəndlərin immun sistemə mənfi təsir göstərməsi fikri elmi olaraq təsdiqlənməyib. Əksinə, vaksinlər immun sistemin xəstəlik törədən mikroorqanizmləri tanımasını və onlara qarşı effektiv müdafiə yaratmasını təmin edir:

“Peyvənd vasitəsilə formalaşan immunoloji yaddaş gələcəkdə həmin infeksiya ilə qarşılaşdıqda orqanizmin daha sürətli və güclü cavab verməsinə kömək edir.

Valideynlər bəzən peyvəndlərin uşağın immun sistemini yüklədiyini düşünürlər. Lakin müasir vaksinlər əvvəlki illərlə müqayisədə daha təmiz və spesifik antigenlərdən hazırlanır. Uşağın gündəlik həyatda qarşılaşdığı mikrobların sayı ilə müqayisədə peyvəndlərin immun sistemə yaratdığı təsir çox kiçikdir. Böyükmiqyaslı elmi araşdırmalar peyvəndlərlə autizm, immun pozğunluqları və inkişaf problemləri arasında əlaqə olmadığını göstərib”.

Valideyn peyvənd vurdurmaqdan imtina edərsə, uşaq gələcəkdə hansı sağlamlıq problemləri ilə rastlaşa bilər?
 

Həkimin sözlərinə görə peyvəndlərin gecikdirilməsi uşağı qorunmasız dövrə sala bilər. Xüsusilə qızılca, göy öskürək, Hib və pnevmokokk infeksiyaları erkən yaşlarda ağır fəsadlara səbəb ola bilər:


“Məsələn, qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir və qorunmaq üçün cəmiyyətdə yüksək peyvənd əhatəsi tələb olunur. Göy öskürək isə xüsusilə kiçik körpələr üçün təhlükəlidir; tənəffüs dayanması, pnevmoniya və ağırlaşmalarla nəticələnə bilər. Hib və pnevmokokk bakteriyaları meningit və sepsis kimi həyati təhlükəli vəziyyətlər yarada bilər. Hepatit B infeksiyası isə körpəlik dövründə yoluxduqda xroniki xəstəliyə çevrilmə riskini artırır”.

“Peyvənd yalnız bir fərdi qorumur”

Pediatr peyvənd cədvəli və onun önəmindən də danışıb:

“Peyvənd cədvəli təsadüfi hazırlanmayıb. Bu cədvəl uşağın immun sisteminin inkişaf mərhələləri və xəstəliklərin ən riskli olduğu dövrlər nəzərə alınaraq hazırlanır. Ana bətnindən keçən qoruyucu anticisimlər zamanla azalır və həmin dövrdə vaksinasiya uşağın öz müdafiə sistemini formalaşdırmağa kömək edir.
 

Peyvənd yalnız fərdi qorunma deyil, həm də cəmiyyət sağlamlığı üçün vacibdir. Çünki hər bir qorunan uşaq eyni zamanda yeni doğulmuş körpələri, immun sistemi zəif olan insanları və peyvənd üçün hələ yaşı çatmayan uşaqları da qoruyur”.


Aytən Ziyadova sonda qeyd edib ki, peyvəndlərin vaxtında və düzgün aparılması uşaqların sağlamlığını qorumağın ən effektiv yollarından biridir.

“Valideynlərin sualları və narahatlıqları tamamilə başadüşüləndir, lakin qərar verərkən sosial şəbəkə məlumatlarına deyil, elmi mənbələrə və uşağın fərdi tibbi vəziyyətini qiymətləndirən pediatr məsləhətinə əsaslanmaq vacibdir”.

Oxşarxəbərlər

Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?
Manşet

Ərdoğan İsrailə qarşı sərtləşdi: Bakı hansı yolu seçəcək?

19/08/2026 16:22
50
Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT
CƏMİYYƏT

Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT

19/08/2026 15:50
50
Adil Kərimli YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ – DOSYE
CƏMİYYƏT

Adil Kərimli YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ – DOSYE

19/08/2026 14:37
51
Baş nazirdən MAAŞLARLA bağlı QƏRAR
CƏMİYYƏT

Baş nazirdən MAAŞLARLA bağlı QƏRAR

19/08/2026 14:30
57
Azərbaycana müdaxilə ssenarisi: Rusiya ilə bağlı ŞOK İDDİA
Manşet

Azərbaycana müdaxilə ssenarisi: Rusiya ilə bağlı ŞOK İDDİA

19/08/2026 14:26
54
“Radius Təkər Mərkəzi”ndə ŞOK İDDİA: Müştərilər aldadılır?
CƏMİYYƏT

“Radius Təkər Mərkəzi”ndə ŞOK İDDİA: Müştərilər aldadılır?

19/08/2026 14:24
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırdakı qətlin ŞOK DETALLARI: Ərini namazda öldürdü?

Masazırdakı qətlin ŞOK DETALLARI: Ərini namazda öldürdü?

19/08/2026 16:01
50
Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT

Sumqayıtın bu məhəlləsi unudulub? Sakinlərdən ŞİKAYƏT

19/08/2026 15:50
50
Kamilənin anasının meyiti tapıldı – Təfərrüat

Kamilənin anasının meyiti tapıldı – Təfərrüat

19/08/2026 14:57
53
Adil Kərimli YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ – DOSYE

Adil Kərimli YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ – DOSYE

19/08/2026 14:37
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

19/08/2026 08:05
57

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
98

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
67

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.