Əməkdar artist Elza Seyidcahan oriental rəqsi tənqid edənlərə cavab verib.
Gündəm24.az xəbər verir ki, müğənni bu haqda “Günorta efirdəyik” proqramında danışıb. O bildirib ki, Azərbaycanda bu rəqsi bacaran yoxdur:
“Rəqs deyəndə mənim üçün oriyentaldır. Oriental eyib deyil ki… Arif Məlikov o vaxt deyirdi ki, uşaq evindəkiləri rəqsə verin, balet inkişaf etsin. Rəqs pis idisə, niyə Qara Qarayev gözəlləri vəsf edirdi?
Bizdə heç kim sinəsinə döyməsin, çünki oriental rəqs edə bilən yoxdur. Oriental rəqs odur ki, bütün əzələn oynasın. Bizimkilər bədənini o qədər doldururlar ki, silkələyə, oynada bilmirlər.
Nizami Gəncəvi də saqi deyirdi. Ərəb ölkələrində xanımlar bunu həyat yoldaşı üçün edir. Türkiyədə Asenaya baxanda zövq alırdım”.//axşam.az













