Çərşənbə axşamı, Aprel 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentin Serbiyada ziyarət etdiyi heykəl kimindir? – FOTOLAR

16/02/2026 10:17
Manşet, Siyasət
56 0
Prezidentin Serbiyada ziyarət etdiyi heykəl kimindir? – FOTOLAR
71
Baxış sayı

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

Milorad Paviç məşhur yuqoslav-serb şairi, proza ustası, posmodernizm və magik realizm cərəyanlarının nümayəndəsidir. O, “Xəzər sözlüyü” əsəri ilə dünya şöhrəti qazanıb. Əsər lüğət strukturuna malikdir və özünün yazdığı kimi “bu roman leksikondur, özündə 100.000 söz ehtiva edir, əlifbadan asılı olaraq müxtəlif dillərdə müxtəlif cür bitir.” Bu kitab 1984-cü ildə kişi və qadın versiyalarında yazılıb və oxucu versiyanı seçməkdə azaddır. Paviç: “Məndən soruşurlar ki, kişi və qadın nüsxələri nə ilə fərqlənir? Məsələ burasındadır ki, kişilər kainatda  dünyanı öz “mən”lərindən kənarda duyurlar, qadınlar isə kainatı öz daxili aləmlərində gəzdirirlər.”

“Xəzər sözlüyü” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı. Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.

WhatsApp Image 2026 02 16 at 10.15.12

Kitabxanama baxıram: Milorad Paviçin əsərləri sırasında “Belqradın bioqrafiyası” kitabını yüksək dəyərləndirirəm. Bu kitabdan: “Mən 1929-cu ildə anadan olmuşam. İlk dəfə mərmilər ətrafımıza düşəndə 12 yaşım var idi. İkinci dəfədə isə 15 yaşım tamam olmuşdu.  Bu iki bombardmanların arsında işğal olunmuş ərazidə məcbur qalıb alman dilini öyrəndim. Biz ingilis-amerika bombardmançılarından xilas olduqdan sonra çar Rusiyasının ordusundan mühacir  həyatı yaşayan bir rus zabitindən isə rus dilini öyrəndim. Bu gün mən başa düşürəm ki, xarici dilləri öyrənməklə tamam başqa adamlara çevrildim”.

Paviç yazır ki, yeni 100 illik onun üçün 1999-cu ildə başladı: “Həyatımda 3-cü dəfə bombardmanın şahidi oldum. NATO qoşunlarının Belqradı bombalamasını nəzərdə tuturam. Mən heç vaxt öldürmədim, ancaq məni ölümümdən xeyli əvvəl öldürdülər.”

Böyük yazıçı Yuqoslaviyanın bioqrafiyasını yazmaq üçün düşündrücü üslub seçib. Özünün dediyi kimi tez-tez dağıdlan Belqrad dünyanın ən qədim şəhərlərindən biridir və bu şəhərin bioqrafiyası yazılmalıdır. Düşünürəm ki, Şuşamızın da yeni “Bioqrafiya”sının yazılmasının vaxtı gəlib çatıb.

WhatsApp Image 2026 02 16 at 10.16.19

Kitabxanamda olan Paviçin 3-cü kitabının adı “Muşka”dır. Bu kitab gizlədilmiş nəsnələr və açarların köməyi ilə daşlarda, rənglərdə aşkarlanan  qəribə və qorxulu sevgi öyüdləridir. Paviçə görə, hər bir dövlətin öz dili var. Dilin isə öz qrammatikası. Romanın da dövlət kimi coğrafi xəritəsi var. Bu xəritə onun dilidir: “Yazılı dildə xəttilik danışıq dili üçün yetərli deyil. Ədəbi dil bizim fikirlərimizi, yuxularımızı, hisslərimizi və xatirələrimizi özünün düzxətli sisteminə itələyir. Bu isə zəif sürətdir. Bütün bunlar qeyri-xətti təhkiyəni yaratmaq cəhdlərini artırır. Ədəbi təhkiyəni dilin xəttiliyindən xilas etməyin vaxtıdır”.

Bəli, Paviçi  Serbiyada qeyri-xətti təfəkkürünə görə çox sevirlər…

Serblərlə dostluq etmək qürurvericidir.

Etibar Əliyev
Sabiq deputat

Oxşarxəbərlər

Prezident “ASAN Xidmət”lə bağlı fərman İMZALADI
Manşet

Prezident “ASAN Xidmət”lə bağlı fərman İMZALADI

28/04/2026 14:13
50
Prezidentdən daha bir ÖNƏMLİ SƏRƏNCAM
Manşet

Prezidentdən daha bir ÖNƏMLİ SƏRƏNCAM

28/04/2026 12:32
56
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
CƏMİYYƏT

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28/04/2026 00:47
56
Prezident manatın məzənnəsindən danışdı
Manşet

Prezident manatın məzənnəsindən danışdı

27/04/2026 19:45
56
XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR
Manşet

XƏBƏRDARLIQ: Bu dondurmaları yeməyin, həyatınız TƏHLÜKƏDƏDİR

27/04/2026 17:01
61
Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”
Siyasət

Sahibə Qafarova: “MSK ölkənin siyasi sistemində özünəməxsus yer tutur”

27/04/2026 16:53
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“İdrak” Liseyində güllələnən müəllim işdən çıxdı

“İdrak” Liseyində güllələnən müəllim işdən çıxdı

28/04/2026 12:39
55
Attestatlar elektron formada veriləcək – RƏSMİ

Attestatlar elektron formada veriləcək – RƏSMİ

28/04/2026 12:35
53
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq

Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq

28/04/2026 12:33
57
Prezidentdən daha bir ÖNƏMLİ SƏRƏNCAM

Prezidentdən daha bir ÖNƏMLİ SƏRƏNCAM

28/04/2026 12:32
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.